Modern.az

Somali idmançıları tapılaraq ölkələrinə göndərilib

Somali idmançıları tapılaraq ölkələrinə göndərilib

25 May 2017, 23:57

"Daha öncə itmələri barədə məlumat verilmiş Somali idmançıları bu gün vətənlərinə yola salınıblar". Modern.az xəbər verir ki, bu barədə "Virtualaz.org"a Daxili Işlər Nazirliyindən məlumat verilib. Məlumata əsasən, Somali idmançıları yarışların bitməsindən dərhal sonra Azərbaycan rayonlarından birinə yollanmağa və orada istirahət etməyə qərar veriblər.

 

Nəticədə, idmançılar reyslərinə gecikiblər və ölkələrinin nümayəndə heyəti ilə birlikdə vətənlərinə qayıda bilməyiblər.

 

Lakin artıq bu gün DİN əməkdaşlarının müşayiəti ilə onlar hava limanına yola salınıb və oradan vətənlərinə yola düşüblər.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir