Modern.az

Əli Kərimlinin müavini saxlanılıb

Əli Kərimlinin müavini saxlanılıb

26 May 2017, 00:14

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı Gürcüstan ərazisinə getmək istəyərkən saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Milli Şuranın üzvü Oqtay Gülalıyev məlumat verib.

Onun sözlərinə görə, Gözəl Bayramlı Qazaxdakı sərhəd-keçid məntəqəsində saxlanılıb.

Gözəl Bayramlının saxlanılması barədə, hələlik, rəsmi məlumat yoxdur.

Qeyd edək ki, ekspertlərin bildirdiklərinə görə, son illərdə Gürcüstanda Azərbaycan əleyhinə çalışan şaxələnmiş gizli şəbəkə formalaşıb. Xeyli Azərbaycan müxalifətçisi Gürcüstana sığınıb və bu ölkə bir növ Azərbaycana siyasi-ideoloji ekspansiya üçün meydançaya çevrilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır