Modern.az

Türkiyədə futbolçular ətrafında qalmaqal böyüyür

Türkiyədə futbolçular ətrafında qalmaqal böyüyür

Aktual

26 May 2017, 00:27

Türkiyədə futbolçular ətrafında qalmaqal böyüyür. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki,İstanbul polisi ölkəyə qanunsuz yollarla maşın gətirən qrupa qarşı əməliyyatı genişləndirib. Qanunsuz yollarla maşın gətirməkdə şübhəli bilinən Türkiyə futbolçusu Əmrə Belözoğlu polisə ifadə verdikdən sonra məşhur baş məşqçi Tayfur Havutçun və “Fənərbaxça” klubunun futbolçusu Volkan Şənin də ifadə verəcəyi bildirilib.

Qeyd edək ki, polislər “Fənərbaxça” klubunun digər futbolçusu Ozan Tufanı qanunsuz yollarla maşın gətirdiyi üçün həbs etmişdilər. Sonradan onun ifadəsi alınaraq sərbəst buraxılıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?