Modern.az

İki gündə 300 insan öldü

İki gündə 300 insan öldü

26 May 2017, 00:56

Mərkəzi Afrika Respublikasında müsəlmən və xristian qruplaşmalarının arasında toqquşmalar davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, son iki həftə ərzində toqquşmalarda 300-ə yaxın insan həlak olub.

Qeyd edək ki, toqquşmalar səbəbindən indiyədək 100 mindən artıq insan isə evini tərk etmək məcburiyyətində qalıb.Ölkənin şərqini bürümüş kütləvi zorakılıq 2013-ci ilin səviyyəsinə yaxınlaşıb. Hakimiyyət orqanlarının məlumatına görə, üç gün ərzində - mayın 15-dən 18-dək Bria sakinlərin dörddə beş hissəsi (40 mindən çox) şəhəri tərk edib. Xristian və müsəlman qruplaşmaları arasında baş verən silahlı toqquşmalardan həmçinin ölkənin şərqindəki Banqasu və Alindao şəhərlərinin sakinləri zərər çəkib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi