Modern.az

Mançester terroruna görə 10-cu şübhəli də saxlanıldı

Mançester terroruna görə 10-cu şübhəli də saxlanıldı

26 May 2017, 09:05

Britaniyanın Mançester şəhərində polislər terror aktı ilə bağlı 10-cu şübhəli şəxsi saxlayıblar.

Bu haqda  Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Ölkənin hüquq-mühafizə orqanları bəyan edib ki, araşdırma çərçivəsində 10 nəfər saxlanılıb, lakin bir kişi və qadın azadlığa buraxılıblar. Beləliklə, 8 nəfər nəzarət altında saxlanılır".

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

“İslam dövləti” (İŞİD) terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir