22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Harun Yəhyanın qəti savadı yoxdur, Elşad Miri isə şeyx Nəsrullahdır” – MÜSAHİBƏ
“Harun Yəhyanın qəti savadı yoxdur, Elşad Miri isə şeyx Nəsrullahdır” – MÜSAHİBƏ
26.05.2017, 10:52

Taryel Abdullayev: “İslam dini haqqında fikirlərim çox müsbətdir”

 

"Mənə mason, satanist deyirlər" 

 

Modern.az saytının elmi mövzuda silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz gənc bloqqer, sosial şəbəkələrdə elmi mövzuda silsilə yazılarla çıxış edən Taryel Abdullayevdir. Onunla söhbəti təqdim edirik.

 

- Taryel bəy, özünüz haqda qısa məlumat verməklə söhbətə giriş etməyinizi istərdim. Bu minvalla başlayaq ki, oxucular da sizi tanısın. Bildiyimə görə, dəqiq elmlər üzrə təhsil almamısız.

 

- Mən hüquq ixtisası üzrə təhsil almışam. Ancaq sonradan elm sahəsinə maraq göstərdiyim üçün bu sahə üzrə təkmilləşdirməni davam etdirmədim. Son bir neçə ildir təkamül təlimini araşdırıram. Populyar elmə çox böyük marağım olub və əvvəldən elmi-populyar kitablar oxumuşam. Kainatda baş verənləri, təbiəti, heyvanlar aləmini araşdırmağa başladım. Xeyli sayda kitab oxumuşam. Elmi saytlarda dərc edilən yeni və köhnə məqalələrə nəzər yetirirəm və maraqlandığım sahə üzrə geniş araşdrımalar aparıb gəldiyim nəticələri ümumiləşdirirəm. Və ya dərc edilən elmi məqalələri öz dilimizə tərcümə edərək, ölkəmizdə elmin kütləviləşməsi ilə bağlı fəaliyyət göstərirəm.

 

- Səhv etmirəmsə, “Çağ Öyrətim”də təhsil almısız. Mən özüm də “Araz” kursunun məzunu olmuşam. Oranın mühiti bir az fərqli idi, şagirdlərə dərsdən kənar dini söhbətlər də edirdilər. Bu isə istər-istəməz bizdə əks tərəflərin arqumentlərinə ehtiyac hissi yaradırdı. Yəqin, siz də o zamandan başlamısınız alternativ mənbələrə baş vurmağa.

 

- Orada biz yataqxana sistemində qalırdıq. Buna söz yox ki, bizi yaxşı hazırlaşdırırdılar, yaxşı təhsil verirdilər. Amma siz dediyiniz kimi, dərsdən kənar vaxtlarda dini söhbətlər edirdilər. Kitablar oxudurdular, filmlər izlədirdilər. Kitablar əsasən, yaradılışla bağlı olurdu. Xüsusən də Türkiyədən gələn kitabları bizə verirdilər. “Nur” camaatının kitablarını verirdilər ki, oxuyaq. Harun Yəhya adı ilə tanınan Adnan Oktarın istehsalı olan filmləri bizə dəfələrlə izlədirdilər. O zamanlarda mən Darvin və onun təkamül nəzəriyyəsinə qarşı idim. Çünki, heç zaman qəbul edə bilmirdim ki, meymundan insan yarana bilər. Ancaq zamanla elə oldu ki, mən bu məsələləri araşdırmağa başladım ki, doğurdanmı insan meymunda yaranıb? Gəldiyim nəticə isə “xeyr” oldu. Təkamül təlimini araşdırdıqdan sonra gördüm ki, insan bizim bildiyimiz müasir heç bir meymun növündən yaranmayıb.

Biz nə şimpanzelərdən, nə oranqutanlardan, nə də bonobolardan yaranmışıq. Bu canlılar özləri də  zamanla təkamül etmiş müasir genomlardır. İnsan onlarla ortaq əcdada sahibdir: Məsələn insan və şimpanzenin son ortaq əcdadı 6-7 milyon il əvvəl yaşayıb, elə ondan da yaranmışıq. Bioloji taksonomiya nöqteyi-nəzərindən bu ortaq əcdad primatlar dəstəsinə, qıyıqburunlu meymunlar qrupuna aid idi. Amma taksonomiya nöqteyi-nəzərindən insan meymundan yaranmayıb, elə özü meymun növüdür.

Meymun sözü də insan sözü kimi daxilində bir çox canlı növü daşıyan qrup adıdır.Bioloji təsnifatlandırmada heç bir növün adı meymun deyil. Hazırda insan genomunun adı “homo sapiens”dir. Ümumiyyətcə homo cinsinin hamısı insandır. Bizlər yaşamış tək insan növü deyilik. Onlardan yalnız biriyik.  “Neandertal”, “Denisova” və “Heidelberq insanı”, “Homo Erectus”, “Homo Ergaster”  və sair növlərin hamısı insan idi. Sadəcə olaraq, fizioloji, bioloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Elə biz də onlardan fərqliyik.

 

- Təkamül deyərkən bir çox insanın beynində spontan çevrilmə assosiasiya olunur. Siz insanın keçdiyi inkişaf mərhələlərinin adlarını dediniz. Çox deyirlər ki, təkamülü sübut edən ara keçid növlər yoxdur. Siz saydığınız insan növləri ara keçid hesab oluna bilər?

 

- Təkamülü qəbul etməyənlər ara keçid növlər deyən zaman belə başa düşürlər ki, bu növlər əcaib bir varlıq olmalıdır. Məsələn, düşünürlər ki, ara növdə yarı meymun, yarı insana bənzər bir varlıq olmalıdır. Təkamülü dərindən bilən insanlar bunların belə olmadığını bilirlər. Çünki təkamül bir zəncir kimi deyil budaqlanan bir formada işləyir. Sadəcə olaraq kütlənin çoxu əlinə əsaslı kitablar alıb təkamül təlimini araşdırmaq istəmir. Gəlin baxaq. Azərbaycanda neçə adam əlinə kitab alıb təkamülü oxuyur? Neçəsi əsaslı mənbələrə istinad edir?

Sosial şəbəkələrdə təkamül əleyhinə yazırlar. Onu girib oxuyanlar əsaslı mənbələrə istinad etmirlər. Özləri araşdırmırlar. Bunlar təkamülü gülüş hədəfinə çevririrlər. “İnsan meymundan yaranıb” deyib istehza edirlər.

Ya da məşhur, dillər əzbəri olan bu sualı verirlər: “Niyə indi meymunlardan insan yaranmır?”. Halbuki təkamül nöqteyi-nəzərindən eyni zaman dilimində yaşayan canlıların hər hansısa birinin digərindən yaranması mümkün deyil.

Mənə ən çox irad bildirərək qeyd edirlər ki, yeni olan heç bir quruluş və ya bioloji funksiya təkamül etməyib. Bu, əslində təkamülü anlamamaqdır. Çünki  yeni təyin edilən strukturların bir çoxu əvvəldən var olan strukturların təkamül edərək dəyişməyə səbəb olmuş hallarıdır. Məsələn, quşların qanadları tetrapodların ön orqanlarının dəyişmiş halıdır. Bu üzvlər onsuz da xoanlar sinfi balıqlarının sinə üzgəclərinin dəyişmiş halıdır. Dayandığı yerdə anidən ortaya çıxan kompleks və ya yeni bir quruluş, təkamülün deyil kreatsionistlərin iddalarıdır. Öz səhvlərini görmürlər.


- Bunları başa düşdüm. Amma sualıma tam cavab ala bilmədim. O dediyiniz insan növləri ara keçid sayıla bilər?

 

- Belə deyim. Siz dediyiniz kimi, kreatsionistlər çox vaxt iddia edirlər ki, heç bir ara keçid yoxdur. Ara keçid təkamül nəzəriyyəsinin açıqlaması ilə özündən əvvəlki və sonrakı növlərin xüsusiyyətlərini özündə daşıyan canlılardır. Əslində elmdə ara növ deyə bir anlayış yoxdur. Bu, kreatsionist insanların təkamül nəzəriyyəsinə hücum etmək üçün ortaya atdığı iddialardır. Öz fikirləri ilə canlandırdıqları yanlış təkamül imicini nümayiş etmək üçün uydurduqları bir şeydir. Daha sonra elm insanlarının onların bu iddialarına cavab vermək üçün onların dilindən danışması nəticəsində hazırkı anlayışın elm dilinə yerləşməsiylə ortaya çıxan bir haldır. Mən özüm də bir ara keçidəm.Mənim atamla, gələcəkdəki övladım arasında genetik bir bağam. Gəlin, bunu qeyri-elmi olsa da daha sadə və başa düşülən formada izah edim. Mən öz atama oxşayıram,atam da öz atasına,yəni mənim babama oxşayır. Atamın atası və mənim babam isə öz atasına oxşayır. Lakin mən babamın atasına qətiyyən oxşamıram. Hətta zamanla mənimlə onun genetik xüsusiyyətləri də fərqliləşib. Amma bu, o demək deyil ki, mən onun soyundan gəlmirəm. Dediyim kimi istənilən növ özündən əvvəlki ilə özündən sonrakı arasında olan bir ara keçiddir. Çox adam “ilk insan” anlayışını ortaya atır.  İlk insan deyə bir şey yoxdur. İlk insan necə ola bilər? Yəni bir canlıdan bir “homo sapiens” doğuldu? Əlbəttə ki, yox. Hər şey zamanla müxtəlifləşir, bu formaya gəlir.

 

- Bəs kreatsionistlər, yəni, yaradılışçılar bunların niyə hamısını saxta adlandırır?

 

- Onlar özlərinə uyğun olmayan hər şeyi saxta adlandırırlar.Hər cür iddia səsləndirirlər. Filosof Karl Popperin iddiası bu idi ki, elmin inkişafını təmin edən doğrulanmaq yox, yanlışlanmaqdır. Məsələn, deyək ki, hər dəfə bir ağ qu quşu görürsünüz. Beləliklə siz yüzə qədər ağ qu quşu görürsünüz və belə qənaətə gəlmisiniz ki, bütün qu quşları ağdır. Bu quşlar həmişə doğrulanırsa, heç vaxt dəyişməz yəni qarşıma həmişə ağ qu quşu çıxır və bundan irəli gələrək bütün quşların ağ olduğunu düşünürəm. Lakin Popperin fikrinə görə inkişafın, dəyişmənin olması üçün əks bir şey olmalıdır. Yanlışlayan bir misalla qarşılaşmalıyıq. Bir gün qarşımıza qara qu quş çıxır. Yeni bir ideya yaranır. Bu quşlar əksəriyyəti ağ olsa da qaraları da var.

Yaradılışçılar təkamül nəzəriyyəsini “çökdürmək” və ona qarşı alternativ bir nəzəriyyə inkişaf etdirmək istəyirlərsə, bu, elmi metodlara əsaslanmalıdır. Elmi metodlar təcrübələr, müşahidələr, testlər və hesablamalara söykənməlidir. Bu struktur daxilində nəyisə yanlışlaya bilərlər.

 

- Amma qarşı tərəf də elmi arqumentlər gətirirlər. Onların da sitat gətirdikləri, istinad etdikləri elm adamlarıdır.

 

- Bəli zamanla təkamül nzəriyyəsinə qarşı olan elm adamları da olub. Lakin bu gün təkamül elm aləmində bu sorğu-sualsız qəbul edilən, eyni ilə hüceyrə, qravitasiya, atom nəzəriyyələri qədər doğru bir elmi nəzəriyyədir. Sizə bir faktı deyim. Albert Eynşteyn nisbilik nəzəriyyəsini ortaya atanda yüzlərlə elm adamı birləşərək onun əleyhinə iradlar bildirib və kitab yazıb. İndi kim doğru çıxdı? Həmin o yüz adam, yoxsa Albert Eynşteyn?!

Yaradılışçılar köhnədən yazılan yazıları götürürlər və deyirlər ki, onlar təkamül əleyhinə olub. Kimsə də Eynşteynə qarşı yazılanları əlində bayraq tutub “Nisbilik nəzəriyyəsi çürüdü” deyə bilərmi?! Deyirsə, deməli o adam absurd düşüncəlidir.

 

- Sosial şəbəkələrdə çox aktivsiniz. Kreatsionistlərlə probleminiz nədir? Niyə ortaq dil tapa bilmirsiniz?

 

- Gəlin, məsələyə ətraflı yanaşaq. Kreatsionzim Amerikada yaranmış bir ideologiya, cərəyandır. O, sonradan Türkiyəyə də ayaq açdı. Onlar əvvəllər hər şeyə yaradılış deyirdilər. Sonradan gördülər ki, Tanrı anlayışı elmdən kənardır. Başladılar adını ağıllı dizayn qoymağa. Onlar bilirlər ki, Tanrı kəlməsini istifadə etsələr, bu, metafizik düşüncə olar. Çünki bu heç bir müşahidəyə, təcrübəyə, testə əsaslanmır . Ona görə də manipulyasiya edib adını ağıllı dizayn qoydular. Onların əsas arqumentlərinə baxın.

DNT-nin və ya gözün xüsusiyyətlərini götürürlər və başlayırlar bunlar haqqında elmin ortaya qoyduğu xüsusiyyətləri deməyə. Özləri də elm adamlarına istinad edirlər və sonda “bu qədər mükəmməlliyin hamısı yaradan tərəfindən yaradılıb” deyirlər. Onların müzakirələr zamanı arqumentlərinə baxın. Onlar deyirlər ki, deyək ki, bu telefon bir mühəndis tərəfindən yaradılıb. Sonra deyirlər ki, bəs bu insan da özbaşına yarana bilməz.


Bax manipulyasiya, söz oyunu burda ortaya çıxır. Heç kəs demir ki, təbiətdə olan daşlar inkişaf edərək zamanla fərqliləşdi. Bu şəxslərin bənzətmədəki etdikləri səhvlər telefon kimi insan istehsalı,dizayneri olan- alətlərin canlılar kimi törəyib çoxalma xüsusiyyətlərinin olmadığını düşünmədikləri üçündür. Hazırlanmış bütün bu əşyalar canlı olmadıqlarına görə genetik materiallarını gələcək nəsillərə ötürə bilməzlər. Təbii olaraq bütün xüsusiyyətlərinin yazıldığı genetik quruluşda formalaşan dəyişikliklər ötürülməyəcək. Canlılardakı xüsusiyyətləri cansız aləmlə müqayisə etməkləri başqa bir faciədir. Telefonun əcdadları olmadığına görə,çoxala bilmədikləri üçün və inkişafını ötürə bilmədikləri üçün, bir sözlə, bir canlının sahib olduğu xüsusiyyətlərə sahib olmadığına görə mütləq ki, dizayn edilmək məcburiyyətindədirlər. Lakin ilk atalarımızın, bu zamana qədər insanların və ya digər canlıların dizayn edilməyə ehtiyacı yoxdur.

 

- Maraqlı və mübahisəli bir məqama gəlirik. Canlılar aləmi özünü kopyalayır. Yaradıcı var və ya yoxdur, bunu müzakirə etmək istəmirəm. Bəs kainat necə, o da hansısa özünü kopyalayan bir cismin təzahürüdür?

 

-  Kvant fizikası ilə bağlı kainat modelləri inkişaf etdirilir. Belə hesab olunur ki, kvant simmetriyasının qırılması sonsuz sayda kainatların yaranmasına gətirib çıxarır. Bunun riyazi modeli belə işlənib. Sadəcə olaraq bunu təcrübə etmək mümkün deyil. Elmin gözəlliyinə baxın. Elm təcrübə etmədiyi bir şeyi,əmin olmadığı bir şeyləri insanlara gerçək, mütləq həqiqət kimi təqdim etməyəcək.

Tanrının varlığına gəlincə. Elmdə Tanrı var və ya Tanrı yoxdur deyə məsələlər müzakirə obyekti deyil.

Bir məqamı da deyim ki, elm heç bir zaman mütləq həqiqət iddiasında deyil. Tanrının olub-olmaması elmin marağında deyil. Elm bunu araşdırmır. O başqa məsələ ki, elə insanlar olar ki, onlar elmi dünyagörüşü ilə öz Tanrısını tapsın. Ya da ateistlər kimi “Tanrı yoxdur” desin. Bunun ikisi də subyektiv görüşlərdir.

 

- Yaradılışçılar dəfolunmaz, amansız qalxan hesab etdikləri bir anlayışa istinad edirlər: mükəməllik. Bu barədə siz də danışdınız. Məsələn, bir balıq kürü qoyur, onun hamısı balıq olmur ki... Neçəsi tələf olur. Ya da ikibaşlı uşaq, 6 ayaqlı buzov doğulur. Bunlara baxanda biz necə deyə bilirik ki, hər şey mükəmməldir? Kainat necə, həqiqətənmi mükəmməldir?

 

- Mükəmməllik anlayışı fərqlidir. Kainat başdan-ayağa xaotikdir. Kainatda nizam deyilən bir şey yoxdur. Məsələn, insanlarda yüzlərlə genetik xəstəliklər var. Siz dediyiniz kimi, ikibaşlı uşaq doğulur. Dindarlara bu arqumentləri gətirəndə qəribə yanaşma ortaya qoyurlar. “Bu, imtahandır”, “Allah sınağa çəkir” deyirlər. Təbii ki, bu, cavab deyil.

Mükəmməl tam qüsursuz deməkdir. Mükəmməllikdə tam qüsursuz işləyən bir mexanizm, proses olmalıdır. Amma biz kainatda belə mükəmməllik görmürük. Hər qalaktikanın  ürəyində qara dəliklər varsa, bu, mükəmməllik ola bilməz.

Bundan əlavə, mükəmməlliyin necə təyin edilməsi də vacibdir. Biz yolda gedəndə görürük ki, düz asfaltın ortasında bir gül yetişib. Biz bu asfaltın ortasında bitən gülə baxığımız zaman mükəmməl bir nizam görürük. Bir an bu bitkinin var ola bilməsi və orda yetişməsi üçün hansı proseslərin və ya vəziyyətlərin reallaşmasının lazım olduğunu düşünək. 

Yolda bir çat, Günəş işığının düşməsi üçün lazımı bucaq miqdarı, tam o çatın daxilində lazım olan bir toxum və kafi dərəcədə su miqdarı. Əgər su bir az az olsaydı bitki meydana gələ bilməzdi, bir az çox olsaydı cücərmə mümkün olmazdı. Əgər Günəş işığının düşmə bucağı az və ya çox olsaydı Günəş işığı o çata daxil ola bilməyəcək və bitki inkişaf etməyəcəkdi. Əgər çat bir neçə santimetr sağda və ya solda olsaydı toxum doğru yerdə olmayacaqdı və bitki yetişməyəcəkdi.

Bütün bunları düşündüyümüz zaman bitki üçün mükəmməl bir incə nizam olduğu nəticəsinə gələ bilərik. Yaxşı, bəs bu qədər incə nizamın var olmasından yola çıxaraq bütün bu yüzlərlə kilometrlik asfaltın həmin bitki üçün hazırlandığı nəticəsinə gələ bilərikmi? Bəs 14 milyard il əvvəl kainatın meydana gəlməsi üçün incə nizamın olması 200 min ildə formalaşan bir primat növü üçün hazırlandığı mənasına gəlirmi?

Bundan əlavə, əgər bu bitki üçün lazımlı parametrlərdən bir dənəsi bitkinin meydana gəlməsi üçün kafi olmasaydı, bitki meydana gələ bilməyəcəkdi. Əgər bitki meydana gəlməsəydi bu izah etdiyim  arqumentin dəyəri qalmayacaqdı.Yəni ki, asfalt yoldakı o incə nizam, bitkinin meydana gəlməsi üçün formalaşmayıb, o incə nizam olduğu üçün bitki meydana gəlib. Bu arqumentləri kainat və insan üçün də istifadə etmək olar.

 

- Kainat genişlənir və bu elmi şəkildə də təsdiqini tapıb. Kainatı təcillə genişləndirən də qara enerjidir. Bunlar öz yerində. Bəs kainat nəyin içində genişlənir?

 

- “Big Bang” nəzəriyyəsində bir necə cavabı tapılmayan məqamlar var. Kainat şar kimi genişlənir. Bəzi alimlər deyirlər ki, kainat heçliyin içərisində genişlənir. Bu heçlik məsələsini dərk edə bilmirəm. Çünki fizikada mütləq heçlik deyilən bir anlayış yoxdur.

Daha sadə bir izah verim. Hazırda bu stolun üzərindəki stəkanda “heç su yoxdur” deyə bilərik. Amma bu stəkanda suyun olmaması mütləq mənada suyun olmaması anlamına gəlmir. Yəni, stəkanın içinin boş olması suyun əskikliyini göstərir. Amma su deyilən bir maddənin mütləq yoxluğundan söhbət getmir.

Fizikada heçlik, mütləq yoxluq anlayışları yoxdur. Bir qisim alim isə deyir ki, kainat öz içərisində genişlənir. Amma bu cavablar çoxunu qane etmir. “Big Bang”in alternativ modelləri var. Onlar inkişaf etdikcə, çox şeyə cavab tapacağıq.

 

- İnsanların ya da heyvanları ikibaşlı ya da üç ayaqlı doğulması DNT-dəki pozulmaların nəticəsidir. Bəs bu, niyə baş verir?

 

- Mutasiyalara səbəb olan bir çox amillər var. Mutasiyalar gendə olan kodların pozulmasıdır. Və müxtəlif canlılar formalaşır. Radiasiya, kopyalanma zamanı kodlaşdırılma DNT-dəki pozulmalara  səbəb ola bilər.

Kreatsionistlər təkamül haqqında ən çox arqument gətirəndə mutasiyaları nümunə kimi göstərirlər. Halbuki yeni növlərin əmələ gəlməsi üçün təbii seçmə, süni seçmə, cinsi seçmə, qohum seçməsi, qrup seçməsi, gen axışı, genetik sürüklənmə, mutasiyalar, xromosonal gen dəyişikliyi, transpozonlar, plazmidlər, üfiqi gen köçürülməsi kimi 20-dən çox təkamül mexanizmi var. Lakin heç vaxt bu mexanizmlərdən danışmazlar, sadəcə mutasiyalar üzərində dayanırlar. Halbuki mutasiyalar təkamül prosesinin çox kiçik bir hissəsini təşkil edir və təkamül nəzəriyyəsi sadəcə mutasiyalara bağlı deyil və mutasiyalardan daha əsas mexanizmlər var.


- Mutasiyalar 3 cürdür: zərərli, faydalı, neytral. Zərərlilər isə daha çoxdur. Bəs faydalı mutasiyaları həyatımızda görə bilirik?

 

- Təkamül mutasiyaların zamanla yığılmasıyla reallaşır. Funksional bölgələrdə meydana gələn yeni mutasiyaların əzici qisminin zərərli olduğu qəti olaraq bilinən bir gerçəkdir. Ancaq təbii seçim bu zərərli mutasiyaların əzici olanlarının əksəriyyətini populyasiyadan kənarlaşdırır. Lakin bunların bir qisimi canlının həyatına ciddi şəkildə təsir edəcək qədər zərərli deyillər. Aralarında yüngül təsirləri olan mutasiyalar da var ki, bunlar da genetik sürükləmənin təsiri ilə bəzən sabitlənə bilir. Bu yüngül zərərli mutasiyaların yığılmasıyla, minlərlə nəsil daxilində populyasiyanın səmərəsinin olduqca azalması və hətta nəslinin tükənməsi baş verə bilər.

 

- Etiraf edək. Azərbaycandakı kreatsionistlər bu gün daha güclüdürlər. Fosil sərgisi keçirirlər, kitablar paylayırlar. Səbəblərə toxunmayacağam, amma nəticə budur.

 

- Güclüdürlər deməzdim. Onların ələ aldıqları kütlə dindar kütlələrdir. Dindar kütlə isə nəyisə araşdırmaz. Onlar daha çox hazır cavablar istəyirlər ki, rahatlıq tapsınlar. Kütlə inanmaq istəyir ki, təkamül yalandır.

 

- Taryel bəy, bəs onların maliyyə qaynaqları ilə heç maraqlanmısınız?

 

- Biz “Yaşıl elm” qrupu olaraq  tezliklə“Təkamülə giriş” adlı kitab nəşr edəcəyik. Bu kitabda təkamülü çox sadə dildə izah etməyə çalışmışıq. Fikir verin, bu kitabın 300-500 tirajla çap olunması üçün ianə kampaniyası başlatmışıq. Dostlarımız köməklik edir. Hələ də lazım olan məbləği tam yığa bilməmişik.

Amma kreatsionistlər qalın-qalın, yaxşı dizayn olunmuş kitabları pulsuz paylayırlar. Hardandır bu qədər pul?

Bunların əsas maliyyə qaynağı Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-da Yaradılışçı İnstitut var. Bu qurum Türkiyədə Harun Yəhyanın yaratdığı Elmi Araşdırmalar Vəqfini maliyyələşdirir. Bunların da bir cərəyanı Azərbaycandadır. Bu, Gənclərin Mənəvi İnkişaf Birliyidir. Bu adamlar sosial şəbəkələrdə səhifələr, saytlar açıblar, kitablar nəşr edirlər. Yaxşı otellər kirayələyib konfranslar keçirirlər.

Düzdür, bununla bağlı mən dövlət orqanlarına müraciət etmişəm. Çünki biz 2001-ci ildən etibarən Avropa Şurasına qəbul olmuşuq və tamhüquqlu üzvüyük. Avropa Şurasının qəbul etdiyi 1580 saylı qətnamə var. Birbaşa kreatsionizmin təbliğatını qadağan edir. Və qətnaməyə əsasən Avropa Şurasına üzv olan ölkələr kreatsionizm təbliğatına gec olmadan reaksiya verməlidir. Həmin qətnamə gec olmadan bunun qarşısının alınmasını ortaya qoyan bir qətnamədir. Bununla yanaşı, mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də yazmışdım. Oradan mənə cavab gəlmişdi ki, biz Harun Yəhyanın müəyyən kitablarını çap  etdirmişik. Bilirsiniz, bu  paradoksdur. Biz Avropa Şurasına qəbul oluruq  və qəbul etdiyimiz qətnamə ilə gördüyümüz fəaliyyət üst-üstə düşmür. Bununla bağlı mən ora yazdım,  söz verdilər ki, araşdırma olacaq. Amma heç bir nəticəsi olmadı. Fikir versək, homofobiyanın günü-gündən artmağa başladığını görərik. Bunu səbəbi nədir?

Yaradılışçıların saytlarına baxın. Homofobiyaya qarşı bir düşüncə yaradırlar, homoseksuallığı tənqid edir, onu haram, lənətlənmiş hesab edirlər. Halbuki belə bir şey yoxdur. Bu gün Dünya Səhiyyə Təşkilatı, Avropa  Səhiyyə Təşkilatı  yaxud Amerika Psixoloqlar Birliyi qəti bildirir ki,  homoseksuallıq təbiətdə baş verən şeydir. Bu, tək insan növündə deyil  digər  canlılarda da var.  Bu, seçim deyil, tamamilə təbiət hadisəsidir. Buna qarşı çıxırsansa, onda hetroseksuallara da qarşı çıx. Ümumiyyətlə sağlamlıq problemi onda ola bilər ki,  canlının ölümünə və yaxud həyatının yox olmasına  təhdid ünsürü olsun. Amma homoseksuallıqda belə bir şey görmürük. Əksinə  Freydi oxusanız görərsiniz ki, Platon, Mikalencelo, Leonardo da Vinci də homoseksual olub.

 

- Səmimi deyin. Onlarla debata hazırsınızmı?

 

- Debat “filankəs məni əzdi” müzakirəsi deyil. Onlar əgər debat istəyirlərsə, mənlə niyə etsinlər ki?! Blirsiniz ki, təkamül nəzəriyyəsi Oksfordda, Kembricdə və digər nüfuzlu universitetlərdə tədris olunur. Hər dəfə təkamüllə bağlı elm adamları yeni məqalələr ortaya qoyur. Onlar həmin akademik məqalələri, təkamül araşdırmalarını yanlışlasınlar. Belə olduğu halda inanıram ki, onlara Nobel  mükafatı verərlər.

Fikirləşin ki, Nyutonun ümumdünya cazibə qanuna Eynşteynin kosmos, zamanın bükülməsi ilə bağlı düşüncələri ən azından bir zərbə vurdu. Bunu elm adamları qəbul etmədimi? Təbii ki, qəbul elədilər. Yaxud biz  tarixdə Ptolomeyin dünyagörüşünə inanırdıq. Sonra Qaliley, Kopernik  kimi insanlar onun fikirlərini inkar etdi. Yəni elm bunu qəbul edir. Əgər doğrudan gücləri varsa, həmin elmi məqalələri yanlışlasınlar.

Dünyanın ən tanınmış univeritetlərində təkamül şöbələri, araşdırma labaratoriyaları var.  Bu gün elm adamları orada fəaliyyət göstərirlər. Çox adam deyir ki, bəs elm adamları bunlara niyə cavab vermir. Elm adamları ciddi insanlardır. Məsələn, “Yer düzdür” deyən insanı NASA-nın hansısa elm adamı ciddiyə alıb onunla bu mövzunu müzakirə edərmi?! Yaxud hansısa biri gəlib deyəcək ki, elementar zərrəciklər əslində Tanrı parçasıdır. Ya da deyirlər ki, Hiqqs sahəsi cinlər aləmini göstərir. Bu cür insanları ciddiyə alıb necə qarşı-qarşıya oturmaq və ya hansı nəticəni eldə etmək olar?

Elm adamının işi bu deyil ki! Siz fikirləşin ki, Qaliley durub Yer haqqında fikirlərini deyəndə bütün kilsə ona qarşı idi. Cordano Brunonu isə yandırmışdılar. İndi bu təfəkkürdə olan insanlarla necə qarşı-qarşıya oturub danışasan? Bununla da vaxt öldürməyə, dəyməz.

Biz bilirik ki, tarixin müəyyən zamanında insanlar Ptolomeyin Geosentrik sisteminə inanmışdı. Elm adamları da qəbul etmişdi bunu. Sonradan biz Kopernik və Qalileyin sayəsində  başa düşdük ki, yox bu, əslində belə deyil. Məlum oldu ki, Günəş mərkəzdədir və Yer və digər planetlər onun ətrafında fırlanır.

Və yaxud biz Nyutonun zamanında insanlar cazibə qanununu  fərqli cür başa düşürdülər. Albert Eynşteyn gəldi və bizə dedi ki, əslində zaman və məkan bükülməyə məruz qalır. Yəni bir növ bunu yanlışlamış düşüncə kimi göstərdilər.

 

- Yəni, belə ehtimal var ki, dində elmi nəzəriyyə hesab olunanlar da asanlıqla yanlışlana bilər?

 

- Əlbəttə. Dediyim kimi elmin ən gözəl tərəfi və onu fərqli edən yalnışlanan  struktura sahib olmasıdır. Bu gün kimsə çıxıb deyir ki, Böyük partlayış nəzəriyyəsi dini kitablarda var. Bəs sabah bu nəzəriyyə yanlışlanıb alternativ kainatı izah edən modellərdən biri elmdə qəbul olunsa  nə deyəcəklər?! “Kitab səhv yazmışdı yoxsa biz səhv dedik” deyəcəklər?

İnanc mütləq həqiqətə əsaslanır. Yəni incil 2000 il öncə də xristianlar üçün mütləq həqiqət idi, indi də mütləq həqiqət kimi qəbul edilir. Və xristianlıq dini davam edəcəyi zamana qədər mütləq həqiqət kimi qəbul ediləcək.

Elm isə özü deyir ki məndə mütləq həqiqət yoxdur. Ümumi gerçəklik yoxdur. Mən istənilən halda yanlışlanan və doğrulanan struktura sahibəm. Heç kəs elə başa düşməsin ki, Eynşteyn sonuncudur. O qədər beyinlər gələcək ki. “Kvant fizikası axırıncıdır” deyilməyəcək. Kainatda 4 fundamental qayda olmayacaq. Daha çox kəşf edəcəyik, sadəcə bu gün texnologiyamız yaxud inkişafımız buna əsas vermir.

Yaradılışçılar ya da dindarlar isə görün nə deyir: “Filan məsələlələrə Quranda işarə var. Quranda filan nəzəriyyə haqqında məlumat verilir”. Belə fəlsəfi və qeyri-elmi yanaşmalarla sonsuz sayda mühakimə yürütmək olar. Bu məntiqlə, istənilən inanc sistemində, hətta nağıllarda da elmi yanaşmaların olduğunu deyə bilərik.

Bu şeylərin hamısı söz oyunlarıdır. Elmi həqiqət deyil. Bu metoddan isə ən çox yaradılışçılar istifadə edir. Və onlar bilmədən də mütləq həqiqət kimi qəbul etdikləri kitabı yalnışlanan elmi struktura, yəni elmə calaq etməklə,bir növ kitablarını sual altına salırlar.


- Duzlu və şirin su məsələsinə gələk. Onlar həqiqətənmi Quranda deyildiyi kimi bir-birinə qarışmır?

- Bu iddanın mənbəyi daha qədimə doğru gedir. Məsələn eramızın 1-ci əsrində yaşamış Gaius Plinius Sekundus, “Naturalis Historiae 2” kitabında yazır:

 

“Dənizə bir borudan axan kimi qarışan şirin suyun xüsusiyyətləri daha maraqlı və möhtəşəmdir. Çünki suyun qeyri-adi xüsusiyyətləri var. Daha ağır olan dəniz suyu, özündən daha yüngül olan şirin suyu öz üzərində daşıyır. Başqa sözlə, şirin su, dəniz suyundan yüngül olduğu üçün dəniz suyuna qarışmaz və dənizin üzərində üzər.”

Lakin kimyəvi olaraq sular bir-birinə qarışırlar. Burada qarışmır deyə bir şey yoxdur. Bilirisiniz, bəziləri hər şeyi 7-ci əsrdən götürürlər. Siz fikir verin ki, Demokrit eradan əvvəl  maddələrin atomlardan olduğunu demişdi. Ya da Hippokrat, Aristotel, Arximed elm və araşdırma adamları olublar. Yəni bu elm 7-ci əsrdən neçə əsr əvvəl də olub. Əgər  antik fəlsəfə tarixini oxusaydılar, görərdilər ki, bu gün müəyyən şeyləri, hətta Aristotel Yerin kürə formasında olmasını müşahidələri ilə demişdi. Kopernik də ona istinad etmişdi.  

Demək istədiyim budur ki, elmi görüşlər o vaxtdan var idi. İki  dənizin bir birinə qarışmaması məsələsi bilinməyən bir şeylər deyil ki. Antik dövrdən bəri bilinirdi.Hippokrat tibb elminin atasıdır. Diş üzərində protez əməliyyatlarının getdiyini göstərən tapıntılar var. Yəni o vaxtı tibbi belə inkişaf etdirmişdilər. Lakin bugünki səviyyədən söz etmirik.

Bir çoxları isə tarixi 7-ci əsrdən hesablamağa cəhd edirlər.  Deyirlər ki, yox bundan əvvəl heç nə ola bilməzdi. Yəni bu absurddur. Əgər keçmişə doğru araşdırma etsə, görər ki, nə qədər araşdırmalar olub.

 

- Etiraf edək ki, din lazımlı bir şeydir. Çünki elmdə elə bir şeylər var ki,  izah verə bilmir. Məsələn, vicdan, mənəviyyat nədir,  elm buna izah verə bilmir. Razısınız mənimlə?

 

- Mənim ailəmdə də inanclı insanlar var. Azərbaycanın çoxu dinə inanır.  Din də olmalıdır, dindar da. Cəmiyyətin inkişafında dinlərin müstəsna rolları olub. Cəmiyyətimizdə din də fəlsəfə də, elm də olmalıdır. 

Əsas məsələ budur ki, biz bunların üçünün də yerini ayırmalıyıq. Biz bunu ayıra bilmədiyimizə görə elmin içərisində cin axtaracağıq və yaxud da fəlsəfənin içərisində başqa bir şey axtaracağq. Yəni deməyim odur ki, din subyektiv bir inancdır. Məsələn siz əgər Tibetdə yaşasaydınız, sizin üçün ümumi həqiqət olan gerçək buddizm olardı. Yaxud İsraildə yəhudi ailəsində doğulmuş olsaydınız Tövratdan başqa inanacağınız ikinci bir kitab olmayacaqdı. Dünyanın müəyyən yerlərində yüzlərlə inanc sistemi var və orda yaşayan insanlar üçün ümumi həqiqət, ümumi doğru olanlar onların inandıqlarıdır. İnsan azaddır, istənilən şeyə inana bilər. Ancaq bunu gətirib elmə calamaq, uyğunlaşdırmaq absurd bir iddiadır.

Buddizmdə belə bir şey var ki, öləndən sonra yaxşı insanlar Nirvanaya yüksəlir və gedir tanrı Brahmanın hüzuruna, yenidən dünyaya gəlir.

Bunun elmlə nə aidiyyatı var ki?! Bu, sadəcə olaraq subyektiv bir inancdır. Bu şeylərə inanmaq fərdlə onun fəlsəfi inanc sistemi arasında olan bir şeydir. İstəyər inanar, istəyər inanmaz. Amma gəlib bunu sübut etmək üçün guya elmi nəzəriyyələr irəli sürürlər. Tanrı Brahmanı kim sübut edə bilər? Yəni belə bir şey ola bilərmi?

 

- Deyirlər insanın sağ çiynindəki mələk savabları, sol çiyindəki mələk isə günahları yazır. Məsələn,  mən deyə bilərəm bu mələk deyil,  əjdahadır. İndi gəlib sübut etsinlər ki, əjdaha yox, mələkdir. Siz də bunu demək istəyirsiniz?

 

- Bilirsiniz metafizika elə bir şeydir ki, o, elmdən kənardır. Metafizikanın içərisinə daxil olduğunuz zaman istənilən şeyi uydura bilərsiniz. Çünki onsuz da ölçüyə, testə, müşahidəyə gəlmir və maddəyə əsaslanmır. Demək ki, bunu heç bir elmi kriteriya ilə təyin edə bilməzsiniz. Ona görə də bu metafizikaya daxil olduğunuz zaman çox şey iddia edə bilərsiniz. Məsələn, Musanın Tur dağında Allahla danışdığını iddia edənlər var. Hazırda siz məndən müsahibə alırsınız. Və mən iddia edə bilərəm ki, sizin suallarınıza verdiyim cavab mənə Musanın danışdığı varlıq tərəfindən deyilir və mən sizə cavab verirəm. Kim mənim yalan dediyimi sübut edə bilər? Ya da doğru dediyimi?

 

- Yeri gəlmişkən indi inanclı insanlar var həqiqətən də, qəlbən inanırlar. Onlara hamı dərin hörmət bəsləyir.  Bəs Harun Yəhya saxtakardır yoxsa sırf inanıb iddialar səsləndirir?

 

- Harun Yəhyanın qətiyyən savadı yoxdur. Onun yazdığı kitablara ancaq o qol çəkə bilər. Başqa heç nə. Yəni onun heç bir savadı, təhsili yoxdur. O ətrafına zəngin insanları cəlb edib. Yəni maliyyələdirirlər onu. O kitabları yazırlar və gəlirlər ki, bəs bunu dərc etdirmək istəyirlər. O, əhli-kef bir insandır, özü üçün yaşayır. Qarşısına xanımları yığıb. Əslində yaxşı həyat yaşayır pis həyat deyil. Bəlkə də özü də bilmir ki, saxtakarlıq edir. Bəlkə də inanır ki,  doğurdan da bu şeylər sənətdir. Mən onu qınamıram. Çünki savadsız insandır.

Harun Yəhyanın kitabları yevangelistlər tərəfindən göndərilmiş yazılardır. Tərcümə edirlər, sonradan Azərbaycanda da bizim kreatsionistlər tərcümə edib saytlarda yayımlayırlar.

Bilirsiniz, insanlar səhv başa düşürlər ki, elm dinə qarşıdır. Elm dinə qarşı deyil. Heyzenberq kimi bir insan dindar olub. Nyutonun özü dindar olub. Sadəcə olaraq bunun yerini bilməlisən. Siz coğrafiyada,  fizikada Quran, İncil oxuya bilməzsiniz. Bu onunla uyğun gəlmir. Dinin yeri məscid, sinaqoq, kilsədir. Get ibadətini et, evində özün üçün orucunu tut, namazını qıl. Amma məktəbə, universitetə gəldin sən artıq bu dəqiq elmləri oxuyursan. Bakı Dövlət Universitetində İlahiyyat faükltəsi var, orda get dini biliklərə yiyələn.Sənə kim qadağa qoyur ki! Biz özümüz dünyəvi bir ölkədə yaşayırıq.  Fikir verirsiniz, bu yaxınlarda uşaq ədəbiyyatına dini mətnlər əlavə ediblər. İstər-istəməz uşağın şüuruna təsir etməyə başlayırlar. Onu obyektiv araşdırmadan uzaqlaşdırıb inanca bağlayırlar. İnanc olan yerdə elm, təhsil, axtarış, yenilik ola bilməz. Məsələn bir şeyə inanıb, “bunu Tanrı yaradıb” desən artıq bunun yaranma səbəbini niyə axtarasan ki! Düşünəcəklər ki, Tanrı yaradıbsa qutardı. Amma elə deyil.

 

- Bəs Harun Yəhyaya bu dərin məhəbbət haradan qaynaqlanır? Azərbaycanda da onu sevənlər çoxdur.

 

- Yox, Azərbaycanda onun böyük tərəfdarı yoxdur. Onları tanımırlar. Onların əsas səhifələri facebook üzərindədir . Adı da Yaradılış İşarələridir. Onlar heç vaxt “biz Harun Yəhyanın adamlarıyıq” demirlər. Çünki, bu adam islam prinsiplərinə uyğun gəlmir. İslamda belə bir şey varmı ki, üzr istəyirəm, qadınlar alt geyimdə durub rəqs etsinlər? İslam nöqteyi-nəzərdən baxsaq, bu şeylər qadağandır. Ona görə də bizim insanlar bilmir onlar kimdir. Harun Yəhya özünü dövrünün Mehdisi adlandırır. Bilirsiniz də o Bakırköy xəstəxanasında 10 ay ruhi dispanserdə müalicə almış insandır. Bizim bədbəxtliyimizə baxın, belə bir insanın yazdığı kitabdan bir hissəni coğrafiya dərsliyimizə salmaq istəyirik. Görün nə gündəyik!  Görün kimin kitabını təhsil sistemimizə gətirmək istəyirdik. Ancaq bizim iradlarımızdan sonra həmin hissə dərslikdən çıxarıldı.

 

- Yəqin sizə mason deyənlər çox olub.

 

- Çox deyiblər. Satanist, mason deyənlər olub. Onları ciddiyə almıram, onlar çayxana təfəkkürlü insanlardır.

Sosial darvinizm deyilən bir anlayış var. Bu qətiyyən elm deyil. Yəni sosial darvinizm elmin alət olunması deməkdir. Məsələn siz şirniyyat qoymusunuz bura ki, bunu bıçaqla kəsəcəyik. Mən bıçağı əlimə alandan sonra iki variantım var. Bu şirniyyatı kəsərəm bir yerdə yeyərik və ya bıçaqla sizi qətlə yetirə bilərəm. İndi bu mənim subyektiv əməllərimdən törənmiş bir şey oldu. İndi bu olmasın deyə bıçaq istehsal edən şirkət işini dayandırmalıdırmı?! Bu şirkət əslində məişətdə istifadə üçün bıçaq istehsal edir. Göstərilməyib ki, Taryel gedib Aqşini bıçaqlayacaq, ya yox. Sosial darvinizmi də kimsə əlində silah edib milyonlarla insanı qırıb. Bunun elmə nə dəxli var ki. Məsələn “atomu Albert Eynşteyn parçaladı” deyirik. O, bunu Yaponiyaya qarşı istifadə etməyimiz üçün etməmişdi ki. Bu alternativ enerji vasitəsi kimi kəşf olunmuşdu. Biz bu gün də bundan istifadə edirik. Albert Eynşteyn belə özü deyir ki, kaş bunu etməzdim. Bunları kimlər etdi? Siyasətçilər müəyyən maraqları olan insanlar etdi. Məsələn bu gün islam dünyası doğurdan da acınacaqlı vəziyyətdədir, hamımızın ürəyi yanır. Bu gün onları kimlər edir? O dəqiqə cavab verirlər ki,  masonlar. Tamam razıyam. Bəs sənin öndərin kimdir? 33-cü dərəcəli mason olan Harun Yəhya. Özü kanalında göstərdi ki, özü 33-cü dərəcəli masondur. Əgər masonlar edirsə bunu,  o zaman siz də onların içindəsiniz. Oksford və ya Kembridc universitetləri gedib dindarların başını kəsmir ki.

Yəni  elmi və ya dini siyasətə alət edənlərin sadəcə maraqları var. Bu isə nə elm adamlarının nə də din adamlarının işidir. İslam dini haqqında fikirlərim çox müsbətdir. Əlbəttə məzhəbçi görüşlərlə ilə qətiyyən razılaşmıram. İslam dinini dərində bilən insan orada məzhəbçilik görməz. İslamın müəyyən coğrafi tarixinə baxsaq, görərik ki, onlar elmi inkişaf etdirmişdilər. İslam coğrafiyasından çıxan elm adamları olub. 

 

Hətta təkamül nəzəriyyəsindəki görüşlər antik yunandan başlasa belə, Əl-Cahiz,İbn-Miskəveyh,Farabi, Tusi, Buruni kimi düşüncə insanlarının hamısının kitablarında da təkamül görüşləri ilə bağlı fikirlər var. Mövlanə Cəlaləddin Ruminin kitabında belə təkamüllə bağlı görüşlər var. Yəni islamın müəyyən dövrlərində ortaya çıxan elm adamları başa düşdü ki, elm, təkamül nədir. Bu gün qərbin inkişaf etdirdiyi elm islam coğrafiyasından alınan elmdir. Doğurdan bu belə olmuşdu. Məsələn, Nyutona qədər optika ilə bağlı yeganə kitabın sahibi İbn Heysam olub. Yaxud İbn Sinanın kitabı illərlə Avropada tibb sahəsində tədris olunub.

Dünya astronomiya tarixində iz qoymuş dahi türk, hal hazırda adına NASA-da astronomik cədvəli olan,  Uluqbəy elm adamı olub. Amma dindar şeyxlər tərəfindən verilən dinsiz fətva ilə  Uluqbəyin başı kəsilib.

İmam Qəzzali kimi ilahiyyatçı çıxdı və dedi ki,İbn-Rüşd, Farabi və ibn-Sina Aristotelin görüşlərinə maddənin əzəli olduğu fikri ilə razılaşıblar və müşrikdirlər.

 

- Çoxmu hədə qorxu gəliblər sizə?

 

- Bəli, hədə-qorxu gələnlər olur. Amma fikir verirsinizsə, mən heç vaxt dinə qarşı yazmıram. Meymun məsələsi adlı yazı paylaşırsan. Adam girib oxumur yazını. Bircə meymun və təkamül sözünü görüb və təhqir, tənqid,  hədə qorxunun biri beş qəpikdən. Əlbəttə biz onları ciddiyə almırıq. Əgər ciddiyə alsaq, bunlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərik, onlarla bağlı tədbirlər görülər. Amma elə insanları ciddiyə almırıq, çalışırıq ki, oxusunlar. Amma əvvəllər bizə qarşı olan insanlar bu gün hətta bizimlə razılaşırlar.Çünki düşünmək istəyən insan öyrənib axtaracaq.

 

- Eynşteynin adını çox vurğuladınız. Onun inancı ilə bağlı mübahisələr mövcuddur. həqiqətənmi dinə inanıb?

 

- Bizim hazırda çəkib ortaya çıxardacağımız bir alimimiz var - Rafiq Əliyev. O dedi ki, Albert Eynşteyn xristian olub.“Nyu York Times”da 1930-cu ildə  Albert Eynşteynin “Elm və Din” adlı məqaləsi var. Açıb onu oxuyun. Orda hər hansı bir inanc görmək mümkün deyil.  Sonunda deyir ki, bizim dövrümüzdə belə bir söz demişdilər ki,əsl dindarlar elm adamlarıdır. Onun Taqor və digərləri ilə yazışlamaları var. Eynşteynin “Mənim gözümdə dünya” adlı kitabı var. Orda göstərilir ki, məni günahlarıma görə cəzalandıracaq və ya mükafatlandıracaq şeylərə inanmıram. O ən çox Spinozanın fəlsəfəsinə inanırdı. Bir növ panteist, naturalist düşüncəli biri idi. Hətta o qədər ona inanırdı ki, nisbilik nəzəriyyəsini işləyəndə kainatın genişlənməsini nəzəri də olsa izah etmişdi. Eynşteyn Nyutonun və ya Qalileyin görüşlərinə o qədər inanmışdı ki, bir növ başlanğıca inana bilmirdi Ona görə də bu işini atmışdı kənara. Halbuki Edvin Habbl kainatın genişlənməsini sübut edəndən sonra Eynşetyn demişdi: “Mən peşman oldum ki, gör neçə il əvvəl mən bunu hesablamışdım, amma üzərinə düşmədim.

 

- Xahiş edirəm səmimi cavab verin. Cəhənnəm qorxusu varmı sizdə?

 

- Evdə də, mənim ailəmdə də dediyim kimi inanclı insanlar var. Pis əməllərə görə cəhənnəmdə yanacaqsan, yaxşı əməllərə görə müəyyən mükafatlar alacaqsan və sair kimi arqumentlər var. Kainatımıza baxsaq, kiçik qalaktikalarla birlikdə triliyonlarla qalaktika olduğu hesablanır. Hər qalaktikanın daxilində milyardlarla ulduzlar var.

Məsələn bizim yaşadığımız “Saman Yolu”nun daxilində 350-400 milyarda qədər ulduz var. Bundan başqa hərəsinin də özünün müəyyən planetləri var. Yəni bunu hesablasanız, sonsuz bir rəqəmə gətirib çıxaracaq. Özümüz, planetimiz isə bu böyüklüyün içərəsində toz boydadır. Yəni bu qədər böyük bir izdihamın yaradıcısı düşünmürəm ki, mənim mənfi əməllərimi, pivə içdiyimi oturub kitabına yazsın.

“Pivə içmişdin, donuz əti yemişdin, hə, sən cəhənnəmliksən” deyə bilməz bu qədər şeyi yaradan. Əgər varsa, təbii ki!

Əslində dinlər Tanrı qavramını belə absurdlaşdırırlar, kiçildirlər. Təsəvvür edin milyardlarla qalaktikanın, ulduzların yaradıcısı  sizin donuz əti yeməyinizlə maraqlanır. “Bu gün saat 3-də donuz əti yemisən, göstərəcəm sənə o tərəfdə” deyir. Yaxud Tövratın dediyi kimi Yaqubla güləşib ona yenilən, İncildə İsaya oğlum deyən, Quranda hurilər vəd edən, özünə inandıran Tanrı milyardlarla ulduzun və ya qalaktikanın yaradıcısı ola bilərmi?! Bu məntiqə uyğun gəlirmi?! Mən Tanrının olub-olmadığını deyə bilmərəm, bir növ aqnostik fikirlərim var. Amma varsa, bu, dindarların dediyi Allah ola bilməz.

Dində Allah çox dar, eqoist, bir növ kişi xüsusiyyətləri, obrazlaşdırılmış bir vəziyyətdə və yaxud hər şeyə nəzarət edən kimi göstərilir.

Mən demək istəyirəm ki, heç kəsə inanmağa ehtiyac yoxdur. Bu gün biz internet əsrində yaşayırıq. İstədiyimiz mənbələri istədiyimiz yerdən tapıb araşdıra bilərik. Əgər istinad etmək istəyirsinizsə, elmi mənbələrə istinad edin. Görün sizin oxuduğunuzu təsdiqləyəcəq ikinci yazarlar da varmı? Tam elmə əsaslanaraq müəyyən fikirlərə gəlmək olar. Çünki  elmin alternativi nə din nə də fəlsəfədir. Elmin metodu, işləmə prinsipləri bəllidir. Mən insanlara deyərdim ki, elmlə maraqlansınlar. Ancaq mənbə çox önəmlidir.

Tam elmi oxumaq istəyirlərsə, dünyanın tanınmış elmi mərkəzləri, laboratoriyalarının ortaya qoyduqları araşdırmalara baxsınlar. Və ya insan və digər canlıların gen fərqliliklərini araşdırmaq üçün  biotexnologiya mərkəzləri var. Bunları oxumaq istəyirlərsə, doğru mənbədən araşdırıb obyektiv olaraq ümumi bir nəticəyə gəlsinlər. Doğrudan mən elə olmuşam. Özüm axtarmağa çalışmışam ki, nə doğrudur, nə səhv.

 

- Bəzi ilahiyyatçıların təyinatı səhv düşüb deyə bilərik? Çıxıb televiziyada və ya mətbuatda astronomiyanı, fizikanı dinlə uzlaşdırmaq istəyirlər.

 

- Bədbəxtlik odur ki, biz müəyyən bir mövzularda müzakirə edəndə  ilahiyyatçı ilə elm adamını qarşı qarşıya qoyuruq. Bu Türkiyədə də var, bizdə də. Elm adamının işi tamam fərqlidir, ilahiyyatçının işi tamam fərqlidir. Bu ilahiyyatçılar əslində özlərinə böyük kütlə qazanmaq üçün manipulyasiya edir, özlərini daha ağıllı göstərir. Amma elə deyil. Fikir verin onlar nə qədər yaxşı danışsa axırda hansısa şeyx Nəsrullahlıq edəcək və bütün fikirlər absurd olacaq. Yəni ilahiyyatı dini elmə qarışdırmaq olmaz.

 

- Azərbaycanda Şeyx Nəsurullahlıq edən ilahiyyatçı var sizcə?

 

- Əlbəttə var. Müsəlman coğrafiyasında kreatsionizmi yayan Harun Yəhyanı bizim cəmiyyətə tanıtdıran Elşad Miri özü elə şeyx Nəsrullahdır.

 

Aqşin KƏRİMOV

Günay RƏSULQIZI

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yolu keçən qardaş-bacı vuruldu: 1 ölü
22.11.2017, 00:59

Yolu keçən qardaş-bacı vuruldu: 1 ölü

Separatçı rejimdə çevriliş - Video
22.11.2017, 00:43

Separatçı rejimdə çevriliş - Video

İraqdakı partlayışda 32 nəfər öldü
22.11.2017, 00:31

İraqdakı partlayışda 32 nəfər öldü

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar
22.11.2017, 00:14

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI
21.11.2017, 23:59

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil
21.11.2017, 23:44

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil

Tovuz sakinindən maraqlı ixtira - Video
21.11.2017, 23:18

Tovuz sakinindən maraqlı ixtira - Video

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı
21.11.2017, 23:02

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO
21.11.2017, 22:46

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO

Deputat tələbələrin problemlərinin həllini istəyir
21.11.2017, 22:30

Deputat tələbələrin problemlərinin həllini istəyir

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb
21.11.2017, 22:14

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi
21.11.2017, 21:57

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib
21.11.2017, 21:43

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte
21.11.2017, 21:29

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
21.11.2017, 21:16

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI
21.11.2017, 21:00

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı
21.11.2017, 20:42

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı

Zimbabve prezidenti istefa verdi - Video
21.11.2017, 20:28

Zimbabve prezidenti istefa verdi - Video

Paytaxtın bu rayonu qazsız qalacaq
21.11.2017, 20:02

Paytaxtın bu rayonu qazsız qalacaq

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib
21.11.2017, 19:50

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

Ən təhlükəli parollar açıqlandı
21.11.2017, 18:58

Ən təhlükəli parollar açıqlandı

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”
21.11.2017, 18:52

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ
21.11.2017, 18:41

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”
21.11.2017, 18:21

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”

Jirinovski Rusiya prezidenti olmaq istəyir
21.11.2017, 18:04

Jirinovski Rusiya prezidenti olmaq istəyir

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”   
21.11.2017, 17:59

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”  

BDU müəllimlərin maaşını qaldırdı
21.11.2017, 17:53

BDU müəllimlərin maaşını qaldırdı

Saakaşvilinin işinə baxan hakim qovuldu
21.11.2017, 17:51

Saakaşvilinin işinə baxan hakim qovuldu

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü   
21.11.2017, 17:39

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü  

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
21.11.2017, 17:31

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”
21.11.2017, 17:27

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”

Amerikalı alim Aşıq Şəmşir muzeyində
21.11.2017, 17:19

Amerikalı alim Aşıq Şəmşir muzeyində

Dolların sabahkı məzənnəsi
21.11.2017, 17:19

Dolların sabahkı məzənnəsi

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…
21.11.2017, 17:07

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

Misir Kiprdəki tarixi əsərləri geri alır
21.11.2017, 17:07

Misir Kiprdəki tarixi əsərləri geri alır

ARXİV