Modern.az

Prezident təqaüdü alanların sayı 57822 nəfərə çatıb

Prezident təqaüdü alanların sayı 57822 nəfərə çatıb

26 May 2017, 12:47

2016-cı ildə taqaüdlər və sosial müavinətlərlə bağlı xərclərdən 80069,3 min manat Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin ödənilməsinə yönəldilib.

Modern.az-ın məlumatına görə, bu haqda “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Belə ki, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərə təyin olunan Prezidentin aylıq təqaüdləri üzrə 2016-cı ildə xərclər 2014-cü illə müqayisdədə 40,2%, 2015-ci illə müqayisədə isə 10,5% çox olub. 
Artım əsasən təqaüdlərin aylıq məbləğinin orta hesabla 10 faiz artırılması və təqaüd alan şəxslərin 2016-cı ilin əvvəlində qeydə alınmış 54623 nəfərdən 57822 nəfərədək (6,0%)  artması ilə bağlı olub.

Qeyd edək ki, 2016-cı ilin büdcə proqnozunda təqaüdlər üzrə vəsait 2015-ci ilin proqnozun nisbətən 5% artımla təsdiq edilib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi