Modern.az

“Köçəri”yə sahib olmaq istəyən ermənilərə CAVAB: “Heç o sözün mənasını bilirlər?!”

“Köçəri”yə sahib olmaq istəyən ermənilərə CAVAB: “Heç o sözün mənasını bilirlər?!”

26 May 2017, 15:29

Ermənistan bu il “Köçəri” rəqsini qeyri-maddi mədəni irs kimi YUNESKO-nun siyahısına salmağa iddialıdır.

 

Bu barədə erməni KİV-də məlumat gedib. Ermənistan mədəniyyət nazirinin müavini Arev Samuelyan deyib ki, gündəlikdə “köçəri” rəqsi də var.

 

“Bu il YUNESKO-ya müraciət edərək Ereruyk məbədinin maddi-mədəni irs siyahısına salınmasını təklif etmişik. Eyni zamanda, hər ölkə 2 ildən bir qeyri-maddi mədəni irsinin tanınması üçün YUNESKO-ya müraciət edə bilər. Bu il gündəlikdə təklifimizlə “köçəri” rəqsi dayanır.

 

Modern.az saytı mövzu ilə bağlı  rəqs ansamblının baletmestrı, xalq artisti Rüfət Xəlilzadə ilə əlaqə saxlayıb. O bildirib ki, ermənilər heç köçəri sözünün mənasının nə olduğunu bilmir.

 

“Rəqsin adını o xalq qoyur ki, həmin rəqsi icad edir. Ermənilər “Köçəri” dediyi rəqsin anlamını bilirmi? Əlbəttə, yox. Köçəri sözünün folklorumuzda iki yozumu var. Birincisi, bəzi  köçəri türk tayfaları ilə bağlıdır. İkincisi, mərdlik mənasında işlədilir. Rəqsin özündə bir əzm, mərdlik, cəng havası var”.

 

Rüfət Xəlilzadə “Köçəri” milli rəqsimizin ermənilər tərəfindən oğurlanması məsələsinə də aydınlıq gətirib.

 

“Digər bir mühüm məsələ ondan ibarətdir ki, Azərbaycanda “Köçəri” rəqsinə o qədər də önəm vermirlər. Bu rəqsə çox nadir halda müraciət edilir. Bu da təəssüfedici məqamdır.

 

Ermənilər təkcə “Köçəri” rəqsimizə iddialı deyil. Onlar “Ənzəli”, kimi rəqslərimizə də iddialıdırlar. Hətta, bəzi rəqslərimizi özününküləşdirib başqa ad qoyurlar. Təbii ki, biz dəfələrlə bu barədə Mədəniyyət və Turizn Nazirliyinə məlumat vermişik. Çox vaxt ermənilərə layiqli cavab verilib”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır