Modern.az

Azərbaycanlı deputatın AŞPA-da məruzəsi dinləniləcək

Azərbaycanlı deputatın AŞPA-da məruzəsi dinləniləcək

26 May 2017, 16:53

 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova mayın 29-30-da Praqada qurumub Bürosunun və Daimi Komitəsinin iclaslarında iştirak edəcəklər.

 

Parlamentdən Modern.az-a verilən məlumata görə, iclaslarda AŞPA-nın yay sessiyasının gündəliyinə baxılacaq, təkliflər dinləniləcək.

 

Sonra Türkiyədə konstitusiya dəyişikliklərinə dair keçirilən referendumun, Serbiyada prezident seçkilərinin və Ermənistanda parlament seçkilərinin nəticələrinə dair fikir mübadiləsi aparılacaq, Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək heyətin tərkibi formalaşdırılacaq.

 

Tədbirlər çərçivəsində NATO Parlament Assambleyasının prezidenti Paulo Alli ilə də fikir mübadiləsi nəzərdə tutulub.

 

Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəklər.

 

Sonra deputat, AŞPA-nın Monitorinq Komitəsinin sədri Sahibə Qafarova komitənin iyunun 2-də keçiriləcək iclasında iştirak etmək üçün Parisə yola düşəcək.

 

İclasda Aralıq dənizində miqrasiya problemi, Avropada miqrasiya və qaçqın böhranına humanitar və qlobal siyasi cavab, Ukraynadakı müharibənin humanitar nəticələri mövzularında müzakirələr aparılacaq.

 

Tədbirdə komitənin sədri Sahibə Qafarovanın “Avropaya son dövrlərdə gəlmiş qaçqın və miqrantların üzləşdiyi radikal münasibət” mövzusunda məruzəsi dinləniləcək və komitənin növbəti fəaliyyətinə dair təkliflər nəzərdən keçiriləcək.

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi