Modern.az

Tramp G7 zirvəsində: “Sammitin forması onun xoşuna gəlmir!”

Tramp G7 zirvəsində: “Sammitin forması onun xoşuna gəlmir!”

26 May 2017, 17:01

“Danışıqlarda şəxsi münasibətlərə böyük önəm verən Donald Trampın orta əsr Siciliya şəhəri Taorminada dünyanın ən böyük kapitalist iqtisadiyyatına malik 6 ölkə lideri ilə görüşü çox cəlb edici perspektivdir”.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzetinin əməkdaşı Patrik Vintur yazır.

 

Müəllifin fikrincə,Trampın beynəlxalq sammitlər haqda hansı təəssüratının olacağını heç kim bilmir.

 

“Görünən odur ki, çoxtərəfli sammitlər onun üçün elə də xoş format deyil. Görüşlərin yekun kommonikeləri isə çətin ki, Trampın diqqətini cəlb edə. Adətən, “Böyük Yeddilik” sammitlərində konkret razılaşmalar əldə etmək mümkün deyil: yalnız qarşılıqlı fikir mübadiləsi. Rusiya və Çinin sammitdə olmaması isə ola bilsin ki. Trampa “G7”nin nüfuzuna şübhə etməyə vadar edəcək”.

 

“Digər tərəfdən, 6 prezidentlə təklikdə qalacaq Tramp, onların çıxışını qonşu otaqdan dinləyəcək məmurlar üçün xoş olmayan bəyanatlar verə bilər. Heç kəs onun söhbəti hansı yönə aparacağını və hansı dövlət sirlərini açıqlayacağını deyə bilməz”.

 

 Vinturun fikrincə, Trampın qlobal iqlim dəyişikliyi, ticarətdəki proteksionizm, qaçqın probleminə yanaşması onun digər dünya liderləri ilə fikir ayrılığına səbəb ola bilər.

 

Adı çəkilməyən bir diplomat deyib: “Böyük Yeddiliyn digər liderləri Trampla danışıqlarda hansı mövqeəyi tutmağı müzakirə ediblər. Onlar əmindirlər ki, Trampın prezidentliyinin ilk günləri uğursuz xarici siyasətlə yadda qalsa da. Ikinci yarısında bir çox uğurlu addımlar atılıb. Onların fikrincə, Tramp danışıqlarda təklənərsə, səhv qərarlar qəbul edə bilər. Buna görə də, onunla bir çox məsələlərdə razılaşmaq və üzərinə məsuliyyət götürməsinə çalışacaqlar”.

 

Hazırladı: Vüqar İSMAYILOV

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür