Modern.az

Daxili orqanında ölkə ərazisinə narkotik keçirən şəxs yaxalanıb

Daxili orqanında ölkə ərazisinə narkotik keçirən şəxs yaxalanıb

26 May 2017, 20:16

Daxili orqanında ölkə ərazisinə narkotik keçirən şəxs yaxalanıb. Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cəhdin qarşısı Astara Gömrük idarəsi tərəfindən alınıb. Belə ki, Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib.Yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63.410 qram narkotik vasitə-heroin və 47.230 qram psixotrop maddə-metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub