Modern.az

Azərbaycan terror aktını pislədi

Azərbaycan terror aktını pislədi

26 May 2017, 21:25

"Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk". Modern.az xəbər verir ki, bu, Misirdə bu gün baş verən terror aktı ilə bağlı Azərbaycan XİN-nin rəsmi "Twitter" səhifəsində yayılan bəyanatında bildirilir.

Qeyd edək ki, Misirin cənubundakı Əl-Minya əyalətində bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Hücum nəticəsində qeyri-rəsmi məlumatlara görə, 35, rəsmilərin açıqladığı rəqəmlərə əsasən isə 28 nəfər həlak olub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir