Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

26 May 2017, 23:42

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 53,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,99 dollar/barel azdır. Modern.az  "Trend"ə istinadən xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 53,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 25-də 50,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 25-də 52,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər