Modern.az

İmtahandan kəsilən qız intihara cəhd etdi

İmtahandan kəsilən qız intihara cəhd etdi

Aktual

27 May 2017, 00:22

Tovuz rayonunda 17 yaşlı şagird buraxılış imtahanından kəsildiyi üçün intihara cəhd edib. Modern.az "Report"a istinadən xəbər verir ki, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü, Ağayeva Təhminə Sucəddin qızı, bu gün keçirilən buraxılış imtahanından kəsilib. Axşam saatlarında isə anasının istifadə etdiyi müxtəlif həbləri içərək intihara cəhd edib.

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qıza dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Həkimlər qızın vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!