Modern.az

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır" - Rusiyalı nazir müavini

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır" - Rusiyalı nazir müavini

27 May 2017, 00:47

"Dağlıq Qarabağ bizim ümumi ağrımızdır". Modern.az APA-ya xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır. Bu çox qəddar və həlli çətin olan problemdir. Qarabağ münaqişəsini istisnasız olaraq siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır. Bu həll yoluna alternativ yoxdur",-deyə Rusiya XiN başçısı qeyd edib.

Q. Karasin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının Rusiyanın xarici siyasət prioritetləri sırasına daxil olduğunu söyləyib: "Biz üçlükdə, Fransa və ABŞ-la birlikdə bu münaqişənin nizamlanması ilə məşğul oluruq. 2013-cü ildə həmsədr ölkələrin prezidentləri birgə bəyanatlarında öz mövqelərini açıq bildirdilər ki, tərəflərə maksimum yardım etmək lazımdır, lakin münaqişəni həll etmək üçün bütün məsuliyyət tərəflərin üzərinə düşür".   

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir