Modern.az

Generallar bulvardakı yürüşdə - FOTOLAR

Generallar bulvardakı yürüşdə - FOTOLAR

27 May 2017, 10:32

Bu gün Dövlət Bayraq Meydanından start götürən “28 MAY - Respublika günü”nə həsr olunmuş yürüş keçirilib.

 

Modern.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev və media nümayəndələri iştirak edib.

 

Yürüşdən öncə  DTX-nın ictimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev çıxış edib. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib, xalq artisti  Aygün Kazımova ifa edib.

 

Yürüş DTX və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Qət edilən məsafə isə 5 km təşkil edir. 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?