Modern.az

AZAL-ın dövlət büdcəsinə ödədiyi vəsait AZALIB

AZAL-ın dövlət büdcəsinə ödədiyi vəsait AZALIB

Aktual

27 May 2017, 10:46

"Azərbaycan Hava Yolları" QSC (AZAL) üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi ötən il 28 milyon. 827,4 min manat təşkil edib.

 

Modern.az-ın məlumatına görə, bu  “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Məlumatda bildirilib ki, ödəniş miqdarı 2014-cü və 2015-ci illərə nisbətən, müvafiq olaraq 14 mln. 252,2 min manat və ya 97,8% artıb və 3 mln. 66,9 min manat və ya 9,6% azalıb.

 

Hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 11 mln. 344,2 (99,9%) min manat azalaraq 14,5 min manat, artıq ödəmənin həcmi isə 9 mln. 952,5 min manat artaraq 9 mln. 953,7 min manat təşkil edib.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!