Modern.az

İslamiadada birinci yeri tutan futbolçularımız arasında 150 min manat necə bölünəcək- AÇIQLAMA

İslamiadada birinci yeri tutan futbolçularımız arasında 150 min manat necə bölünəcək- AÇIQLAMA

27 May 2017, 13:01

12-22 mayda  Azərbaycan mötəbər beynəlxalq tədbirə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Yarışda Azərbaycan idmançıları ölkəmizi yüksək səviyyədə  təmsil edib. Belə ki, Azərbaycan millisi bütün rəqiblərini qabaqlayaraq İslamiadanın qalibi olub. İdmançılarımız 71-i qızıl, 67-si gümüş, 57-si bürünc olmaqla ümumilikdə 162 medal qazanıb.

 

Futbol üzrə yığma komandamız da qızıl medal qazanaraq xalqımıza qələbə sevinci yaşadıb. Məlum olduğu kimi ölkə başçısının 11 may tarixli sərəncamına əsasən IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutan hər bir idmançıya 100 min manat məbləğində pul veriləcək.

Ölkə başçısının digər sərəncamına görə isə Milli Olimpiya Komitəsi İslam Oyunlarında qızıl medal qazanan idmançılara 50 min manat mükafat verəcək.

 

Futbol üzrə yığma komandamızda isə ölkəni bir yox, bir neçə idmançı təmsil edir. Bəs həmin mükafat futbolçular arasında necə bölüşdürüləcək?

 

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu Modern.az-a açıqlamasında bildirib ki,  Milli Olimpiya Komitəsi tərəfindən veriləcək mükafat futbolçular arasında bərabər bölüşdürüləcək:

“Komandamızda  ehtiyatda olanlar, 90 dəqiqə və ya 15 dəqiqə oynayanlar var. Bizdə elə bir sistem var ki, mükafatla bağlı hər hansı problem yaranmır. Artıq uzun müddətdir ki,  mükafat idmançılar arasında bərabər qaydada bölünür”.

Onun sözlərinə görə idmançılara  dövlətin müəyyən etdiyi mükafatdan əlavə Federasiya tərəfindən də müəyyən məbləğdə mükafat təqdim ediləcək.

 

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında futbol üzrə milli yığmamız Oman komandasını 2:1 hesabı ilə məğlub edərək  ilk dəfə irimiqyaslı beynəlxalq turnirin qalibi adını qazanıb.

 

Günay RƏSULQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir