Modern.az

“Neft Daşları”na gedən helikopter məcburi eniş etdi

“Neft Daşları”na gedən helikopter məcburi eniş etdi

Aktual

27 May 2017, 14:23

Bu gün "Silkway Helicopters Services" aviaşirkətinin "Мi-8" helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.

 

Bu barədə Modern.az-a Azərbaycan Hava Yolları" (AZAL) ASC-dən bildirilib.

 

Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin, hava gəmisi də zərər görməyib.

 

“Neft Daşları” yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub. Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters" aviaşirkətinin digər helikopterləri ilə çatdırılacaq.

 

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir