Modern.az

Bakıda bədbəxt hadisə: otel şüşələri silənlər 7-ci mərtəbədən yıxıldı, 1-i öldü

Bakıda bədbəxt hadisə: otel şüşələri silənlər 7-ci mərtəbədən yıxıldı, 1-i öldü

27 May 2017, 15:10

Bakıda faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi