Modern.az

Lənkəranda əkinə yararlı torpaqlarn hamısı əkilmir

Lənkəranda əkinə yararlı torpaqlarn hamısı əkilmir

12 Noyabr 2009, 15:11

Lənkəranda əkinə yararlı torpaqların hamısı əkilmir. Araşdırmalar göstərir ki, əkinlərin azalmasına səbəb həm də, yığılan məhsulun relizə edilməsində yaranan çətinliklər olur. Belə ki, istehsal olunmuş tərəvəz məhsullarını vaxtında realizə etməkdə çətinlik çəkən sahibkarlar arasında müəyyən dövr ərzində bu sahəyə marağın azalması müşahidə edilib. Modern.az xəbər verir ki, bu barədə Lənkəranın sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin yekunları barədə açıqlanmış hesabatda bildirilir. Sənəddə qeyd edilib ki, torpaqların əkilməsinə marağı artırmaq üçün Lənkəranda yeni inşa edilən meyvə-tərəvəz konserv zavodu istifadəyə veriləcək. Kənd təsərrüfatı məhsulları istehsalçılarının marağını artırmaq məqsədi ilə 1458 nəfər əkinçiyə dövlət tərəfindən 155 min 736 manat birdəfəlik subsidiya verilib. Bu il 2176 hektar sahədən 4280 ton taxıl yığılıb. Rayonda ümümi məhsul buraxılışı keçən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı