Modern.az

Ermənistanda gömrük rəisi həbs edilib

Ermənistanda gömrük rəisi həbs edilib

27 May 2017, 20:26

Ermənistanda gömrük rəisi həbs edilib. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Gürcüstanla sərhəddə yerləşən “Bavra” gömrük məntəqəsinin rəisini rüşvət almaqda ittiham edərək həbs edib. Gömrük rəisi mayın 25-də Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır