Modern.az

Masallıda dava zamanı ölən məktəblinin adı bilindi - Yenilənib

Masallıda dava zamanı ölən məktəblinin adı bilindi - Yenilənib

28 May 2017, 00:16

Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, bu, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğludur. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Kənan ilə dalaşan digər məktəbli polis tərəfindən ifadəsi alınması üçün saxlanılıb.

 

20:55

 

Masallıda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Kənan  və Həsənağa adlı məktəblilər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Kənan gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəyə məktəblilər arasında yaranan mübahisənin səbəb olduğu deyilir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı