Modern.az

Bərdədə güclü dolu: meyvə ağacları, taxıl zəmilərinə ziyan dəydi

Bərdədə güclü dolu: meyvə ağacları, taxıl zəmilərinə ziyan dəydi

27 May 2017, 21:54

Bərdəyə yağan dolu kənd təsərrüfatına güclü ziyan vurub. Modern.az xəbər verir ki, hadisə nəticəsində meyvə ağaclarına və təsərrüfat sahələrinə ziyan dəyib. Güclü dolu ağacların meyvələrini yerə töküb, taxıl zəmilərində sünbülləri qırıb.

Qısa müddət davam etsə də, dolu avtomobillərə də zərər vurub.

Sakinlərin sözlərinə görə, rayonun kəndləri ilə yanaşı, mərkəzdə də dolu nəticəsində yerdə buz qatı yaranıb.

Dəyən zərərin hesablanması istiqamətdə rayon Fövqəladə Hallar Komissiyası araşdırmalar aparır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir