Modern.az

Rusiyanın ən yaşlı aktrisası vəfat edib

Rusiyanın ən yaşlı aktrisası vəfat edib

27 May 2017, 22:40

Rusiyanın ən yaşlı aktrisası vəfat edib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Varvara Şurkovetskaya 103 yaşında Postov-Don şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Varvara Şurkovetskaya 1913-cü ildə Pyatiqorsk şəhərində dünyaya gəlib. Aktyorluq fəaliyyətinə 1930-cu illərdə, Aşqabad Rus Dram Teatrında başlayıb. İkinci Dünya müharibəsi dövründə cəbhədə hərbçilər qarşısında konsert və tamaşalarla çıxış edib. Müharibə dövründə bir neçə medalla təltif edilib.  Rostov Komediya Teatrında, daha sonra isə M.Qorki adına Rostov Dram Teatrında  fəaliyyətini davam etdirib.   

“Pəncəni ver dost!” filmində, “Nadejda Durova”, “Sərkərdə Suvorov”, “Port-Artur” və s. tamaşalarda oynayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi