Modern.az

Rusiya təyyarələri Britaniya səmasında

Rusiya təyyarələri Britaniya səmasında

27 May 2017, 22:57

Böyük Britaniya Kral Hərbi-Hava Qüvvələrinin iki “Typhoon” qırıcısı həyəcan siqnalı ilə havaya qaldırılaraq Birləşmiş Krallığın hava məkanına yaxınlaşmış Rusiya təyyarələrini müşayiət ediblər. Modern.az xəbər verir ki, Britaniyanın “Daily Mail” nəşrinin məlumatına görə, hadisə bu gün Şotlandiyada baş verib.

Rusiya Müdafiə Nazirliyi xəbəri şərh edərkən bildirib ki, iki ədəd Tu-22M3 uzaq mənzilli bombardmançı Barents və Norveç dənizinin üzərində beynəlxalq qaydalara uyğun olaraq neytral hava məkanında planlı uçuşlarını həyata keçiriblər. Bu zaman digər dövlətlərin sərhədləri pozulmayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir