Modern.az

Türkiyədə 10 PKK terrorçusu məhv edilib

Türkiyədə 10 PKK terrorçusu məhv edilib

28 May 2017, 10:16

Türkiyə Hərbi Hava Qüvvələri anti-terror əməliyyatı çərçivəsində Van əyalətində 10 PKK terrorçusunu məhv edib.

 

Modern.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, terrorçuların yeri pilotsuz uçuş aparatları vasitəsilə təyin edilib. Əməliyyatda F-16 qırıcı təyyarələri iştirak edib.

 

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

 

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir