Modern.az

Azərbaycanda üzünü dəyişdirənlər var? – Həkim, deputat və kriminalist DANIŞIR   

Azərbaycanda üzünü dəyişdirənlər var? – Həkim, deputat və kriminalist DANIŞIR    

28 May 2017, 10:18

Çox vaxt hansısa filmlərdə baş qəhrəmanların üzünün cərrahi müdaxilə ilə dəyişdirilməsinin şahidi olmuşuq. Bugünkü gündə isə filmlərdə tamaşa edərək qeyri-mümkün saydığımız estetik-plastik üzdəyişmə əməliyyatlarının artıq bir reallıq olduğun unutmayaq. 

Adətən, üzdəyişmə əməliyyatlarına daha çox cinayətkarlar meylli olur.

 

Məlumat üçün bildirək ki, dünyada bu əməliyyat növünə rast gəlmək mümkündür. Hətta, adi vətəndaşların tanımadığı onlarla gizli plastik-rekonstruktiv cərrahlar var. Adətən belələri xüsusi əməliyyatlarda və elmi-təcrübi araşdırmalarda çalışdırılır və  adi əhali ilə ünsiyyətləri məhdudlaşdırılır. Onlar əvvəl bir müddət xüsusi imtiyazlı və qapalı insanlar üzərində əməliyyatlar aparır. Minlərlə insan belə ağır əməliyyatların aparılmasından xəbərsiz qalır. Hətta, üzdəyişən cərrah- həkimlər xüsusi nəzarət altında olur.

 

Bəs Azərbaycanda necə, bu cür mürəkkəb əməliyyatı həyata keçirən həkimlər varmı? Qanun bu barədə nə deyir?

Ümumiyyətlə, Azərbayvan qanunvericiliyində üzdəyişmə əməliyyatına icazə varmı?

 

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli deyir ki, Azərbaycanda bu cür əməliyyatlar keçirilmir.

 

“Azərbaycanda məqsədli şəkildə üzdəyişmə əməliyyatına  icazə yoxdur. Heç vaxt da belə əməliyyat həyata keçirilməyib. Ola bilsin ki, xəstə ağır yanıq xəsarətləri alıb, üzünün bir hissəsi yoxdur. Bu  zaman həmin pasiyentin üzünə toxuma köçürülür. Bu, normaldır. Əgər kimsə gəlib desə ki, üzümü tamam dəyişmək istəyirəm, dərhal həkim olaraq şübhə yaranacaq ki, bu canidir?! Ona görə də mənə üz dəyişməklə bağlı hansısa pasient müraciət etməyib.

Digər tərəfdən, dünyada üzün dəyişdirilməsi əməliyyatı mövcuddur. Özü də bu əməliyyat bir dəfəyə baş vermir. Çox uzun bir prosesdir. Ağız sümüyü dəyişilməlidir. Ən azı xəstə 4-5 dəfə əməliyyatdan keçməlidir ki, sifət tamam dəyişilsin. Amma bu cür əməliyyatların həyata keçirilməsinə icazə yoxdur”.

 

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qanunvericilikdə bununla bağlı xüsusi maddənin olmadığını bildirib.

 

 

“Azərbaycan qanunvericiliyində üzdəyişmə əməliyyatı ilə bağlı xüsusi maddə yoxdur. Hətta, nə qadağa var, nə də icazə. Ona görə də qanunda boşluqlar olduğunu söyləmək olar. Bir neçə il bundan öncə, plastik cərrahlardan üzdəyişmə əməliyyatı ilə bağlı müəyyən məsələləri soruşdum. Onlar bizdə belə əməliyyatların aparılmadığını söylədilər. Çünki bu əməliyyatı həyata keçirərkən üz transplantasiyasını meyitdən götürməlidirlər. Ssğlam adamın üz dərisindən istifadə etmək olmaz. Hətta, Azərbaycanda üzdəyişmə əməliyyatını həyata keçirən cərrah da yoxdur. Çünki plastik-cərrahların hamısı Səhiyyə Nazirliyində qeydiyyatdadırlar. Güman ki, həmin həkimlərin işlədiyi klinikalarla hüquq-mühafizə orqanlarının əlaqələri olar. Bu heç də asan əməliyyat deyil. Bəzən aylarla çəkir. Dərinin ora köçürülməsi zamanı bədənin yad dərini götürüb-götürməməsi məsələsi var. Səhiyyə haqqında qanunvericilikdə üzdəyişmə əməliyyatında boşluq var.  Bu əməliyyat son 20 ildə yayılan bir əməliyyatdır. Azərbaycanda bu, tətbiq olunmur. Ona görə də qanunun qəbul olunması o qədər də aktual deyil. Hələlik, Azərbaycanda meyitdən orqan işi həyata keçirilmədiyinə görə bu məsələ o qədər də aktual deyil.

 

Amma dünya praktikasına nəzər salıb qanunda qadağa baxmından müəyyən dəyişikliklər etmək olar. Yeni maddə ilə bunu etmək olar”.

 

 

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev isə deyib ki,  Azərbaycan təcrübəsində belə hal baş verməyib.

 

 

“Düzdür, kriminal aləmdə avtorritetlər var. Ola bilsin ki onlar edib. Məhkəmə istintaq təcrübəsində üz dəyişən olmayıb. Xaricdə qanqsterlər əllərinin dərisini dəyişmişdilər. Cinayətkarı ifşa etməkdən ötrü sima əsas şərt deyil. Əsas şərt barmaq izidir. Ona görə də simanın dəyişilməsi cinayətkarın aşkara çıxarılmamasına zəmanət vermir. Hər hansı bir yanıq hadisəsindən sonra da sima dəyişə bilər. Xaricdə cinayətkarlar, qanqsterlər bilir ki,  əsas barmaq izidir, barmağn dərisini müəyyən kosmetik-cərrahi yolla dəyişdirirlər. Hər bir insanın əlində müəyyən naxışlar var. Nə qədər cərrahi müdaxilə ilə dəyişidirillsə də, müəyyən müddətdən sonra anadangəlmə əlin içindəki naxışlar bərpa olunur. Heç vaxt dəyişmir. Bir-iki ay dəyişə bilər. Serbiyada müsəlmanlara qarşı cinayət törətmiş general vardı. Üzünü dəyişdirmişdi. Saqqal və bığ buraxmışdı. Buna baxmayaraq, barmaq izinə əsasən onu 20 ildən sonra tutub həbs etdilər. Beynəlxalq Haaqa məhkəməsində ona ömürlük cəza verdilər. Cinayətkarın üzünü dəyişdirməsi onun savadsızlığından və avamlığından irəli gəlir. Üz dəyişdirmək gələcəkdə hansısa cinayətkarın ifşa olunmasını əngəlləmir. Bu məsələlər hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq işini, kriminalistikanı bilməməsindən irəli gəlir”

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır