Modern.az

Şəmkirdə yaşayış evində partlayış, xəsarət alan var

Şəmkirdə yaşayış evində partlayış, xəsarət alan var

28 May 2017, 10:37

Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

 

Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov  yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A. Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi