Rusiyanın Moskva şəhərindən Türkiyənin Dalaman şəhərinə uçan təyyarə Krasnodarda təcili eniş edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlmata görə, təcili enişə səbəb iki sərnişin arasında yaranan mübahisə olub.
"Bu gün saat 05:30-da Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan təyyarə təcili eniş edib. Təyyarədən mübahisə edən 2 sərnişin çıxarılıb. Sonradan məlum oldu ki, sərnişinlərdən biri sərxoş olub", - məlumatda deyilir.
Xəbərdə deyilir ki, hHazırda 2 sərnişin polis şöbəsindədir, baş vermiş faktla bağlı araşdırma aparılır.
Modern.az