Modern.az

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

28 May 2017, 16:30

Masallı rayonu, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhrəman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəsədlər aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 14:52-də başa çatıb. 

***

14:40

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

 

Modern.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışlarına başlayıblar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir