Modern.az

Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib

Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib

28 May 2017, 16:18

Tiflisdə keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti bu gün 28 May-Respublika Günü münasibətilə ulu öndər Heydər Əliyevin  Tiflisdəki büstünü ziyarət edib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, Milli Məclisin deputatları Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov abidənin önünə gül dəstələri düzüblər.

 

Z. Əsgərov jurnalistlərə açıqlamasında Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin böyük xidmətləri olduğunu bildirib: “28 May tarixinin də bayram günü kimi qeyd olunması Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də dünyanın bir çox ölkəsində Heydər Əliyevin xatirəsi ehtiramla anılır. Biz də bu gün Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət etməklə, həm ehtiramımızı bildirdik, həm də milli bayramımızı qeyd etdik”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır