Modern.az

Düşənbədə 28 may – Respublika günü ilə bağlı qəbul keçirilib  

Düşənbədə 28 may – Respublika günü ilə bağlı qəbul keçirilib   

28 May 2017, 16:53

Düşənbə şəhərindəki “Hyatt Regency” mehmanxanasında “28 May – Respublika Günü” ilə bağlı rəsmi qəbul keçirilib. 

Tədbirin əvvəlində Azərbaycan və Tacikistanın dövlət himnləri səsləndirilib. Ardınca AR-in Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov və Tacikistan xarici işlər naziri Sirocaddin Aslov çıxış ediblər.

Səfir çıxışında 23 ay mövcud olmuş Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması və əhəmiyyəti barədə məlumat verərək qeyd edib ki, qısa müddət ərzində bütün dövlət atributları yaradılıb. Qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurulub. Təəssüflər olsun ki, 28 aprel 1920-ci ildə ADR 11-ci Qızıl Ordu tərəfindən işğal olunub. 

Səfir A.Həsənov Azərbaycanın 71 il sovet hakimiyyətinin tərkibində qaldığı illərdə, xüsusilə 1969-1982-ci ilərdə geridə qalmış kənd təsərrüfatı ölkəsindən inkişaf etmiş sənaye ölkəsinə çevrildiyini vurğulayıb. “Uğurlar cəhətlər, yəni elm-mədəniyyət, təhsil sahəsində inkişaf olsa da, Azərbaycan müstəqil və azad deyildi, müstəqil siyasət apara bilmirdi”. 

A.Həsənov 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşdiyi, nəticədə 20 % torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması barədə danışıb. Həmçinin qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin xalqın istəyi və tələbi hakimiyyətə qayıdışına qədər Azərbaycanda iqtisadiyyat dağılmış vəziyyətdə idi. H.Əliyev ilk növbətə vətəndaş müharibəsinin qarşısını alıb, neft strategiyasını həyata keçirməklə müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsasını qoyub. Bu siyasəti indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  qətiyyət və cəsarətlə həyata keçirir. Bunun nəticəsi olaraq, Azərbaycan Qafqazın ən qüdrətli dövlətinə çevrilib. Bugün Azərbaycanın dünya miqyasında sözü və mövqeyi ilə hesablaşırlar.

Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə danışıb.

Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi transmilli layihələrdən söz açan səfir Qərb-Şərq Çin-Qafqaz-Avropa dəmiryolu xətti, Şimal-Cənub Fars körfəzi-Azərbaycan-Rusiya dəmiryolu xətti barəsində geniş məlumat verib.

Səfir çıxışında eyni zamanda bildirib ki, Azərbaycan və Tacikistan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bu bayram gününə təsadüf edir.

Çıxışının sonunda Səfir A.Həsənov Tacikistanda yaşayan həmvətənləri təbrik edib, onlara xoş arzularını çatdırıb.

Nazir S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından “Respublika günü” münasibətilə təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb.

Qəbul  zamanı Azərbaycanın mədəniyyəti, tarixi abidələrini, milli mətbəxi, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən video görüntülər  nümayiş etdirilib, Azərbaycanın klassik və muğam musiqisi səsləndirilib, 28 may – Respublika Günü ilə bağlı Azərbaycan, tacik, ingilis və rus dillərində hazırlanmış pres-relizlər yayılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi