Modern.az

Mançesterdəki terrorla bağlı daha bir nəfər saxlanılıb

Mançesterdəki terrorla bağlı daha bir nəfər saxlanılıb

28 May 2017, 20:28

Mançesterdəki terror aktının araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla da "Mançester-Arena" stadionunda terror aktı ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb. Saxlanılanlardan 2-si sonradan azadlığa buraxılıb. 12 nəfər isə həbsdə qalıb.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb. İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir