Modern.az

Rektorla tələbələr arasında gərginlik - VİDEO

Rektorla tələbələr arasında gərginlik - VİDEO

Aktual

28 May 2017, 21:16

Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi ilə rektor Əfqan Abdullayev arasında gərginlik yaşanıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevlə 4-cü kurs tələbələri arasında narazılıq səngimək bilmir. Buna səbəb yeni rektorun bundan öncə ləğv edilən dövlət imtahanını universitetdə bərpa etməsidir.

Ötən gün rektorla tələbələrin görüşü zamanı da mövcud problem yenidən gündəmə gəlib və tələbələrlə rektor arasında narazılıq yaşanıb.

Qeyd edək ki, deputat Səməd Seyidovdan sonra rektor təyin olunan Əfqan Abdullayev sələfinin ləğv etdiyi bir çox qərarları yenidən işlək vəziyyətə salıb. Belə ki, universitetdə illərdir ləğv edilən dövlət imtahanı yenidən keçirilməyə başlanılıb. Bu isə bundan öncə universitetdə baş alıb gedən korrupsiya faktlarının yenidən genişlənməsinə şərait yarada bilər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?