Modern.az

Qadın ofisiantlar arasında dava

Qadın ofisiantlar arasında dava

28 May 2017, 21:30

Bakıda kafedə işləyən qadınlar arasında dava olub. Modern.az Lent.az-a istinadən xəbər verir ki, Şirvani küçəsində yerləşən “Nazran” kafesində ofisiant işləyən 41 yaşlı Solmaz Məmmədova polisə müraciət edərək bildirib ki, iş yoldaşı tərəfindən döyülüb. Qadının sözlərinə görə, Sevda adlı iş yoldaşı xuliqanlıq zəminində ona xəsarətlər yetirib.

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin edilib.

Araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir