Modern.az

İmişlidə ağır qəza: Qardaş və bacı yaralandı

İmişlidə ağır qəza: Qardaş və bacı yaralandı

Aktual

28 May 2017, 22:36

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cavadxanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 53 yaşlı Elman Hafiz oğlu Nəcəfov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onu bacısı, 62 yaşlı Fatma Hafiz qızı Əyyubova İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?