Modern.az

Məşhur məşqçi Rusiyadan qovuldu

Məşhur məşqçi Rusiyadan qovuldu

29 May 2017, 09:02

Zenit” baş məşqçisi Mirça Luçeskunu istefaya göndərib.

Modern.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Klubun Direktor Şurası rumıniyalı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı qərar verib.

Rusiya mətbuatının bu istefa qərarından öncə yaydığı xəbərə görə, gələn həftə italiyalı Roberto Mançini “Zenit”də baş məşqçisi vəzifəsinə gətiriləcək.

Xatırladaq ki, Luçesku Sankt-Peterbrq klubuna ötən mövsümün əvvəli təyin olunmuşdu. Onun rəhbərliyi altında “Zenit” Premyer Liqada üçüncü yeri tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...