Modern.az

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu   

29 May 2017, 09:17

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı artmaqda davam edir. Son məlumata görə, təbii fəlakət qurbanların sayı 164 nəfərə çatıb.

Modern.azRİA Novosti agentliyinə istinadən xəbər verir ki, daha 102 nəfər itkin düşmüş sayılır.

Məlumatına əsasən, mayın 29-da və 30-da ölkənin mərkəzi və cənub hissələrində sürəti saatda 80 kilometrə çatan güclü külək əsəcəyi, bəzi yerlərdə leysan yağışlar yağacağı gözlənilir.

Xatırladaq ki, Şri-Lankada dağıdıcı daşqınlar səbəbindən 500 min insan evini tərk etməyə məcbur olub. Təbii fəlakətlə mübarizə mərkəzi ümumilikdə 2 minə yaxın evin zərər çəkdiyini və ya tamamilə dağıldığını qeydə alıb.

Şri-Lanka hökuməti BMT-yə və Cənubi Asiya ölkələrinə müraciət edərək təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...