Modern.az

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

Aktual

29 May 2017, 12:40

Bakıda əcnəbi vətəndaşı döyənlər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar