Modern.az

Bakıda avtobusdan yıxılan şəxs ölüb

Bakıda avtobusdan yıxılan şəxs ölüb

Aktual

29 May 2017, 13:23

Avtobusdan yıxılmış paytaxt sakini ölüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 26-da paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.

 

Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır