Modern.az

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29 May 2017, 14:30

Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

 

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

 

 

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

 

 

İ. Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub. 
 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir