Modern.az

Moskvada güclü qasırğa: 11 ölü, 137 yaralı, Yenilənib

Moskvada güclü qasırğa: 11 ölü, 137 yaralı, Yenilənib

30 May 2017, 01:02

Moskvada qasırğa nəticəsində xəsarət alanların sayı 137 nəfərə çatıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, xəsarət alanların sayının artması istisna edilmir.

Hazırda əlaqədar qurumlar qasırğanın törətdiyi fəsadları aradan qaldırır. Bunun üçün əraziyə 35 min nəfərlik canlı qüvvə və 4 500 ədəd texnika cəlb edilib.

Qeyd edək ki, güclü qasırğa 11 nəfərin həyatına son qoyub.

 

20:23

 

Moskvada baş verən güclü qasırğa faciə ilə nəticələnib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya paytaxtında qasırğa nəticəsində 11 nəfər ölüb.

Moskva Səhiyyə departamentindən verilən məlumata görə, xəstəxanalara tibbi yardım üçün 70-dən çox insan müraciət edib. Yaralılar arasında azayaşlılar da var.

Paytaxtın Bələdiyyə sədri Sergey Sobyanin bildirib ki, qasırğa 100 dən artıq ağacı aşırıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir