Modern.az

Sərxoş məktəb direktoru qəza törətdi

Sərxoş məktəb direktoru qəza törətdi

29 May 2017, 22:43

Qazaxda kənd orta məktəbinin direktoru idarə etdiyi avtomobil ilə qəza törədib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində baş verib.

Rayonun Böyük Cəfərli kənd orta məktəbinin direktoru, Almazov Fazil Hümbət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobil olarkən qarşıdan gələn digər "VAZ" markalı avtomobil ilə toqquşub. Nəticədə məktəb direktoru və digər avtomobildə olan sərnişinlərdən biri ağır xəsarət alıb. Onlar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəyə məktəb direktorunun avtomobili sərxoş halda idarə etməsi səbəb olub.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu