Modern.az

Vəba Yəməndə 500 insanın həyatına son qoydu

Vəba Yəməndə 500 insanın həyatına son qoydu

29 May 2017, 23:56

Yəməndə vəba epidemiyası 500 nəfərin həyatına son qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç bildirib.

Onun sözlərinə görə, son bir ay ərzində Yəmənin 19 vilayətində vəba xəstəliyindən 500 nəfər ölüb: “Ölənlərin sayı 2016-ci ilin oktyabrı 2017-ci ilin martı dövrü ilə müqayisədə dörd dəfə artıb”.

Qeyd edək ki, Yəmən hökuməti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə  Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı