Modern.az

Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır

Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır

30 May 2017, 00:14

Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyalı müxalif blogger Aleksey Navalnının tərəfdarları etiraz aksiyalarına ciddi hazırlaşırlar. Korrupsiyaya qarşı keçiriləcək aksiyalar 12 iyunda baş tutacaq. Etiraz aksiyaları “Cavab tələb edirik” şüarı ilə keçiriləcək. Artıq etirazçılar hökumət dairələrinə mitinqlərin keçiriləcəyi ilə bağlı müraciətlər göndərməyə başlayıblar.

Qeyd edək ki, bundan öncə Navalnının rəhbərliyi altında Rusiya Baş naziri Dmitri Medvedyevə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Etiraz aksiyaları “O sizin üçün Dimon deyil” şüarı ilə baş tutmuşdu.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır