Modern.az

PKK bazaları bombalandı

PKK bazaları bombalandı

Dünya

30 May 2017, 00:43

Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı əməliyyatları davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Hava Qüvvələrinə məxsus döyüş təyyarələri bu dəfə Hakkaridə PKK hədəflərini bombalayıb. Belə ki, təcili kəşfiyyat məlumatı əldə edən ordu dərhal hücuma keçərək terrorçuların silah anbarlarını, atəş nöqtələrini məhv edib.

PKK-çıların hərbi sursat saxladıqları xüsusi depolar da sərrast atəşlərlə darmadağın edilib.

Əməliyyatı uğurla həyata keçirən təyyarələr bazaya qayıdıblar.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar