Modern.az

Tərtər uşaqları ilə bağlı yeni təşəbbüs

Tərtər uşaqları ilə bağlı yeni təşəbbüs

30 May 2017, 10:39

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı xüsusi aksiya keçirəcək.

Fondun prezidenti Umud Mirzəyev mətbuata açıqlamasında bildirib ki, qarşıdan 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü gəlir. 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiqlənən bu tarixi gündə BAMF  bütün dostlarını, tərəfdaşlarını və ümumiyyətlə ictimaiyyət nümayəndələrini  vacib bir aksiyaya qoşulmağa dəvət edir.

İyunun 1-i BAMF-ın kollektivi  Tərtərin cəbhə xəttinə yaxın olan Həsənqaya və Şıxarx kəndlərində  yaşayan uşaqlarla birlikdə bu bayramı qeyd etmək və onları müxtəlif hədiyyələrlə sevindirməyi planlaşdırır. Yeri gəlmişkən, məhz bu kəndin uşaqları BAMF-ın beynəlxalq auditoriya üçün çəkdiyi və BMT-nin Cenevrə ofisində təqdim olunan videonun baş qəhrəmanlarıdır. 
Bu xeyriyyə aksiyasına  qoşulmaq istəyənlər bu gündən etibarən mayın 30 və 31-i BAMF-a  müraciət edə bilərlər. Fondun əlaqə nömrələri:

Tel: (994 12) 539 7697 Faks: (994 12) 539 4915. Ünvan: Bakı şəhəri Mehdi Hüseyn küçəsi 1A.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...