Modern.az

Snayder Hollandiyanın tarixinə keçəcək

Snayder Hollandiyanın tarixinə keçəcək

30 May 2017, 10:56

Hazırda Qalatasaray klubunda çıxış edən hollandiyalı futbolçu Vesli Snayder, karyerasında yeni bir uğura imza ata bilər.

 

Modern.az xəbər verir ki, təcrübəli futbolçu Hollandiyanın əfsanəvi qapıçılarından hesab olunan Van Der Sarın rekordunu üstələyə bilər.

 

Belə ki, Hollandiya milli komandasının heyətində ən çox meydana çıxan futbolçu ünvanını əlində saxlayan qapıçı, 130 dəfə “portağallar”ın şərəfini qoruyub.

 

İndiyədək milli komanda karyerasında 128 rəsmi matç keçirən 32 yaşlı futbolçu, növbəti 3 oyunda heyətdə yer alarsa, ünvanın yeni sahibi olacaq.

 

Hollandiya millisinin növbəti rəqibləri Mərakeş (31 may), Fildişi sahili(4 iyun)və Luksembuq (9 iyun) komandalarıdır.

 

Qeyd edək ki, V. Snayder 2004-cü ildə “ən yaxşı hollandiyalı futbolçu” adına layiq görülüb.

 

Məcid Əmirov

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?