Modern.az

11 bank sistemdən kənarlaşdırılıb, 5-i nəzarət altındadır

11 bank sistemdən kənarlaşdırılıb, 5-i nəzarət altındadır

30 May 2017, 11:22

“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planı baş tutarsa, bank əhəmiyyətli dərəcədə sağlamlaşdırılacaq”.

 

Modern.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət  Palatasının (MBNP)  Direktorlar Şurasının sədri Rüfət Aslanlı “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.

 

O qeyd edib ki, ötən həftə “xarici kreditorlar klubuna” restrukturizasiya planı təqdim olunub:

 

“Bu plan dövlət tərəfindən dəstəklənir. Söhbət həm kapitalın komfort səviyyəyə çatdırılmasından, həm də yetərli dərəcədə likvidliyin təmin olunmasından gedir. Plan baş tutduğu halda bankın öhdəlikləri üzrə xərclər aktivlərdən gələn gəlir hesabına təmin olunacaq. Bu isə özəlləşdirilmə öncəsi bankın dəyərini xeyli artıracaq”.

 

R.Aslanlı bank sektorundakı ümumi vəziyyətdən danışarkən kapitallaşma problemi ilə üzləşən 5 bankın nəzarətə götürüldüyünü açıqlayıb.

 

“Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank “watch list”ə daxil edilib və onlar nəzarət altındadır”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı